Sən deyən elə böyük bir kolleksiya olmasa da, respublikamızda kiçik sahibkarlığın bu sahəsində yeni-yeni müəssisə və sexlərin açılması tendensiyasının davam etməsi bu cür kolleksiyalar üçün işıqlı gələcək vəd edir.
Bu kiçik kolleksiyaya maraq ilk dəfə bir loxma çörək yeyəndə yaranıb, etiketlərin rəngarəngliyi və cəlbediciliyi bunun həvəsə çevrilməsinə təkan verib. Bəzən elə olub qohum evindən lavaş çörəyinin etiketin götürüb gətirmişəm.
Təndir, lavaş etiket adlarından da görəcəyiniz kimi isə bu sahə üzrə, əsasən Kiçik Torpaqdan - Naxçıvandan - olan həmvətənlərimiz ixtisaslaşıblar. Hərçənd ki, “Naxçıvan lavaşı” adlı lavaşların istehsalı bilavasitə istehsalçının naxçıvanlı olmasına işarə olmasa da (bax: Gəncə dovğasını Mərkəzi Arandan olan kiçik sahibkarın istehsal etməsi üçün nəzəri cəhətdən heç bir maneə yoxdur. - red.), hal-hazırda bu ad elə birbaşa ona işarədir.
Qeyd: Hər yeni tapıntı skaner aparatının əlçatımlı olması ilə üst-üstə düşəndə aşağı hissədən paylaşılmağa davam ediləcək.
“Gülan Nənə Təndiri”
“Əl əməyi”
Bu etiketdə diqqətli izləyicilər hərf səhvini müşahidə edə bilər: NAÇIVAN
Etiketdəki “Şərurum” yazısı sahibkarın Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olduğunu dilə gətirir.
Fresco Market nəzdindən
“Sehirli Sac” maraqlı ad seçimidir.
“Darniskiy çörəyi”
“31 saylı çörəkbişirmə müəssisəsi” MMC-dən ənənəvi sadə dizayn
Yuxarıdakılar 20 aprel 2018 tarixində paylaşıldı.
Əlavə 11.05.2018:
“Ailə” pryanikləri
Zərif Şokoladlı Pryanik
Əlavə 20.11.2018:
doğma ad, doğma dad (Naxçıvan lavaşı sac | 22.10.2018)
Binə çörək zavodu istehsalı "Ocaq" Naxçıvan lavaşı
Binə çörək zavodu istehsalı kərpic/qara çörək etiketi
Sabunçu rayonu Bakıxanov qəsəbəsində istehsal olunan Sehirli Sac lavaşları
Azərbaycanda doğulmusansa, ürəyin birdən-birə isti təndir çörəyi və yanında da ağ pendir istəyə bilər😋 Xeyirli Axşamlar hər kəsə 🤗 #aztagram #azerbaijan #baku #tendir #blog #blogger #instagram #follow #like #tumblr
Bir həftə bundan qabaq universitet "potok"umuzun Facebookdakı qrupunda qərara gəldik ki, bu həftənin bazar günü görüşək. Çoxdandır bir-birimizi görmürük, yığışmırıq, görüş də neçə dəfə alınmayıb, təxirə salınıb. Axır bir çoxumuzun israrları, təkidləri, digərlərinin isə nəhayət ki, boş olmaları sayəsində, razılaşdıq. Qərara gəldik ki, bazar günü saat 12-də görüşüb "Təndir"ə "zavtrak" eləməyə gedək. Necə deyərlər, "excited"əm çox :)
Bu gün şənbə günüdür, gecə saat 12:52dir. Yəni görüşə barmaqla sayılacaq bir neçə saat qabaq. Guess what? :) Yarım saat qabaq çox yaxın bir dostum mənə belə bir mesaj yazıb: "Evresh, qoşul bizə (mən, filankəs, filankəs) sabah saat 12də, "Təndir"də!" Necə deyərlər, made my day! :D Təsadüflər çox olub, belə ləzzət eləyəni hələ olmamışdı. Bütün əzizlər sabah bir yerdə! Looking forward to it! :)