Kiçik və orta biznes üçün uğurlu reklam kampaniyasının uğur formulu özündə 3 komponentdən ibarətdir. Reklam mütləq: Maraq yaratmalıdır. Müştəri bizim reklamı görüb (eşidib) maraqlanmalıdır. Bizim təklifimiz onun üçün çox maraqlı olmalıdır. Qıtlıq hiss edilməlidir. Müştəri bilməlidir ki, onu maraqlandıran təklif ya çox azdır, ya çox tez bitəcək. Mütləq biz ona problem yaratmalıyıq. Belə olduqda bizim təklifimizi reaksiya artacaq. Hərəkətə çağırmalıdır. Reklam mütləq müştərini nesə etməyə çağırmalıdır. Bunu əlbəttə, butün reklam qanunları deyir… AMMA bu həqiqətdir. Reklama hərəkətə çağırdıqda daha çox effekt verir. Düşünürəm ki, bu komponentləri özündə birləşdirən reklam mesajları Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində son dərəcə təsirlidir və yaxşı işləyir. Sizdə sınayın… birdə Sizə deyim ki, reklamsız biznes mümkün deyil… alver yoxdur – reklam edin, alver var – reklam edin. Bir sözlə bu xərcləri heç vaxt saxlamayın, məncə! Copyright : Ilkin Manafov #alieffvusal #reklam #reklamnedir #smmxidmeti #smmnedir https://www.instagram.com/p/CBWABbWlMj5/?igshid=r9j76rdex4vd









