▫️
Bir Neç* Dairə
-Xu Xanov
Yorulmuşdu bizim qoca Takoma*. Bilmədən durub dığırlanmışdım. Ay olmasa yol getməz ki! Febin* yağışında bulqar musiqisi yuxumadan geçirdi! sankı Qarı körpüsü! Sevdiklərimlə xoşam düşünüb acıqmışdım! İsti səngəklə pe?!
- Gədə adamın düşündə belə rəklam var burda!
- Liqvan pəniri! Almam mı? Yeməm mi kalışla* cəvizlə?
Hən sonrasa Savalanda neçə min il bundan qabaq qırmızı ceyran cızırdım köhül duvarında! Gözləri yumulu. Eşikdənsə bir Aşığın səsi eşidilirdi. Aşağıda gilasların altında qara Hacı leylək, yumulu gözləri.
- Özüm sankı!
Yanımda nə sən nə hiç kimsə. Nədənsə hən hən deyib ucadan gülürdüm. Birdə bir güyüm acı ayran. Özüm sanki! Adını duvara yazarkən xatırlamışdım; Sənə Xəngəl dərəcəkdi bu Dalat*.
- Ceyran qaldı mən getdim !
—
* Neç: Neçə, Kaç.
* Takoma: Toyota Tacoma, Yazarın maşını.
* Kalış: Yaşıl soğan.
* Köhül: Mağara, cave.
* Dalat: Yarı at yarı insan, Centaur.
—
Görsəl: Wassily Kandinsky - “Several Circles”, 1926
——










