Növbəti xəritə biyabrçılığı
İctimai TV-nin xəritə biyabrçılığı yadınızdan çıxmayıb yəqin ki. Öz səhvlərini mənim üstümə ataraq, şərləyərək və bununla da digər telekanalizasiyalardan fərqlənmədiyini bir daha nümayiş etdirdi!
İndi isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbdə Heydər Əliyevin əməyi nəticəsində ərsəyə gələn başı-bəlalı torpağımızın xəritəsi meydana çıxıb. Buyurun bu da xəritə!
Xəritənin ermənilərin və ya ermənipərəstlərin ərsəyə gətirdiyi məlumdur. Azərbaycan şəhər və rayonların erməni dilində olması və Qarabağın "Muxtar Vilayət" (Autonomous Region of Nagorno Karabakh) olaraq qeyd olunmasıdır! Təhsil müəssisəsində (2010-cu ilin ən nümunəvi məktəblərindən biri seçilən) belə bir şey varsa ki, var hər gün İsmayıl TV kimi telekanaliyasiyalarda vətənşüvənlik etməyin xeyri yoxdur!
İndi bu İsmayıl TV xəbərlərdə desə ki, o xəritəni ora düşmən dəyirmanına su tökən, donosbaz, dələduz və Azərbaycan əleyhinə olan qüvvələrin qarşısında müntəzir dayanan Həbib Müntəzir asıb, təəccüblənmərəm!
P.S. Fotolar və məlumat üçün Mələk Abidinovaya təşəkkürlər!















