İsmayıl TV-nin xəritəsi
Gün keçdikcə bu rejimin mundarlığı, cahilliyi, səriştəsizliyi daha da özünü göstərir. Səhər, günorta, axşam hətta Heydər Əliyevdən çox Eurovision kliplərini göstərən İctimai TV (oxu: İsmayıl TV) saytında Azərbaycan xəritəsinin Qarabağsız variantı yayılıb. Buyurun bura daxıl olun. Utanmadan yazını da ingilis dilində yazıblar və qeyd olunur ki, Fransa və İspaniya muzeylərində tarixi torpaqları sərgiləyən Azərbaycanın böyük xəritəsi hazırlanacaq. Və bu xəritələr sayəsində ermənilərin Qafqazın yerli xalqı olmadığı isbat ediləcək. Amma bu axmaqlar özləri şəkil kimi istifadə etdikləri xəritədə Azərbaycanı Qarabasız təsvir ediblər!
Onsuzda tapındıqları ümummilli büt Heydər ƏLiyev də bunu istəyirdi, arzularına çatdılar! Hakimiyyətə gəlmədən öncə, Qarabağda qızğın müharibə zamanı Azərbaycan hökümətindən xəbərsiz Ermənistanla separat danışıqlar aparan, Əlikramı və Sadvalı qızışdıran, hakimiyyətə gəldikdən sonra 41 batalyonu ləğv edib, 500-dən çox hərbçini həbsə atdıraraq, 6 rayonun getməsinə səbəb olan Heydər Əliyev və onun yolunu gedənlərdən ancaq və ancaq bu cür xəritə gözlənilən idi! İndi özünüz qərar verin, bunlar ermənidən betərdir ya yox? Bunlar bizi bunca alçaldırlar, rəzil və rüsvay edirlər ya yox?! İngiliscə danışıb, turnikə dırmaşan prezidentləri ilə öyünənlər utansınlar!
Sonrada da filan ölkə xəritəmizi dəyişdirdi, filan qəzet səhv verdi deyə vətənşüvənlik edib, güya vətənin xəritəsi üçün yanan, onun dəyərləri üçün mübarizə aparan roluna girir bu ədabazlar!
P.S. Bu biyabrçılıqdan dərhal sonra İTV zəng edilib və onlara bu barədə məlumat verildiyi halda hələ də nə xəritə silinib, nə bir şey!













