I Əvvəla onu qeyd edim ki, Quranda heç bir bayram adı keçmir. Bayramların hamısı xalqların adət-ənələrindən yaranmışdır və keçirməkdə zərərli heç nə yoxdur. Necə ki, Qurban və Ramazan bayramları (quranda olmadığı halda) keçirilirsə, digər bayramları da keçirmək olar, eynilə Yeni il bayramını və Novruz bayramını da. Burda haram heç nə yoxdur, haramlar zatən quranda açıq yazılıbdır, bu haramları etmədikcə istənilən bayram keçirmək olar. İnsanlar ad günü və toy şənliyi keçirməyə halal baxır amma bayram keçirəndə buna haram deməsi səmimiyyətsizlikdir sadəcə. Bu Şənlik və bayramların keçirilməsində heç bir günah yoxdur. Novruz bayramındakı adətlərin bir tək Tonqalın üstündən tullanarkən oda dua edilməsidir, bunu etmək şirkdir, tonqal qalamaq günah deyil amma, zatən insan bir çox hallarda tonqal qalayır. Dua yalnız Allaha edilər, Allahdan qeyrisinə etmək şirkdir. Haram olmayan hər şeyi etmək olar, islam zatən sevgi və sevincdir, insanları sevindirmək və sevmək mömin əxlaqıdır, inşaAllah. Münafiqlərsə bayram sevməz, sevinmək və gülmək onlara görə haramdır, musiqi haramdır, incəsənət haramdır. Onlar kədərlənməyi sevər, ağlamağı, yas saxlamağı, ancaq neqativ işləri sevərlər və bunu da islam deyə öz batil, xurafat, müşrik dinlərinə (məzhəblərinə) Allahın hökmü deyə yazmışlar. Haram olan bu cür xurafatlara əməl etməkdir, Allah adına yalan danışmaqdır. Novruz bayramı hz. Xızırla əlaqəsi də vardır, bunu Azərbaycan folklorunda Novruzla bağlı şeirlərdə də görmək mümkündür. Xızır sözünün mənası da yaşıl deməkdir. Səməni simvolu da onunla əlaqəlidir eyni zamanda. Novruz bayramına Xıdır (Xızır) Nəbi bayramı da deyirlər. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #novruz #bayram #xizir #xidir https://www.instagram.com/p/CqAnUocIjUy/?igshid=NGJjMDIxMWI=












