Bir zamanlar bir-birini vecinə almayan, quyusunu qazan, bir-birinə qarşı ancaq pislik etmək istəyən millətim indi vətənin uğrunda, torpağının uğrunda əlbir və yumruq olublar. Əsgərlər üçün əlindən gələni edirlər. Maddi cəhətdən tutmuş mənəvi dəstəyə kimi. Əsgərlərin ehtiyacı üçün olan hər şey edirlər. Bu cür milləti heç cürə yıxa bilməzsən. Heç cürə məğlub edə bilməzsən. Bu millət o millətdir ki, kiçik yaşından tutmuş əlilinə kimi yaşlısına kimi hər kəs bir nəfər kimi vətəninin torpağının uğurunda şəhidlik zirvəsinə doğru gözünü qırpmadan can atır. Ona görə də qələbə bizimdir. Çünki biz öz torpağımızın bütövlüyü uğrunda vuruşuruq. Allah bizim milləti bizim ordunu qorusun və qələbənin tezliklə bizim xeyrimizə olmasını nəsib etsin. İnşallah bundan sonra da hər zaman belə əlbir olmaq diləyi ilə. Yaşasın Azərbaycan!













