Akvariuma ac bir köpəkbalığını buraxırlar. Bu köpəkbalığı akvariumda istədiyi istiqamətdə üzür və şikarını axtarmağa başlayır. Daha sonra eyni akvariuma kiçik bir balıq daha buraxırlar. Bunu görən köpəkbalığı həmin kiçik balığı yemək üçün hərəkətə keçər. Çünki acdır( motivasiyası var), balaca balığı yeyəbiləcəyini bilir(özgüvəni var) və hər şeyin öz əllərində olduğunu (kontrol) düşünür. Balığı yemək üçün hücuma keçdikdə başı bilmədiyi bir şüşə ilə toqquşur və kiçik dozalı şok keçirir. Bunun səbəbi ekspertlərin köpəkbalığı ilə kiçik balıq arasına şüşə yerləşdirmələri idi. Köpək balığı balıq beyini ilə düşündüyü üçün, əngəl'in şüşə olduğunu anlaya bilmir, lakin başını harasa vurduğunu anlaya bilir. Buna baxmayaraq yenə cəhd edir. Alınmaz , yenə cəhd edər. Yenə ,yenə və yenə cəhd edər. Hər dəfəsində başı şüşəyə dəyər və köpəkbalığı əzilər. 48saat sonra artıq köpəkbalığı kiçik balığı yemək həvəsindən imtina edər. Artıq burda "böyük balıq kiçik balığı yeyər" prinsipi işə yaramır. Beləcə böyük balığ depresiyaya girər. Çünki artıq nə edirsə etsin, kiçik balığı yeyyə bilməyəcəyinə inanmışdır. Və ekspertlər gözləməyə başlayar. Zamanla köpəkbalığının hərəkət etmədiyini görərlər. Qərara alırlar ki, aradakı sərhədi qaldırsınlar. Və qəribəlik yaşanır. Çünki sərhəd olmamasına rəğmən köpəkbalığı aclıqdan ölsə də, kiçik balığı yemək üçün heç bir hərəkət etmir..