sevmiyin məni sonra mən sizi daha çox sevirəm olan mənə olur

Kiana Khansmith
sheepfilms
let's talk about Bridgerton tea, my ask is open
Alisa U Zemlji Chuda
I'd rather be in outer space 🛸
"I'm Dorothy Gale from Kansas"

oozey mess
hello vonnie

izzy's playlists!
One Nice Bug Per Day
RMH

@theartofmadeline
almost home
Cosimo Galluzzi
AnasAbdin
Peter Solarz

if i look back, i am lost
Show & Tell

#extradirty

Kaledo Art

seen from United Arab Emirates

seen from United States
seen from Brazil
seen from United States
seen from United States
seen from United States

seen from United States

seen from United States

seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from Maldives
seen from United States

seen from Malaysia
seen from Canada

seen from T1
seen from United States
@cvdbrhm
sevmiyin məni sonra mən sizi daha çox sevirəm olan mənə olur
beşiyimin üstündə anam nəğmə oxuyardı
"tez böyü, boy at övladım"
düşünürdüm böyüyüb atama oxşayardım,
mən böyüməmişəm hələ,
bəs siz niyə qocalırsız?
saçınızda görəndə hər təzə ağ tükü,
gözümdə dağ kimi ucalırsız.
mən qaldıra bilmədiyim hər yükü,
siz qaldırırsız, məndən güc alırsız.
gileylənmiyin qırışlardan, sizə yaraşır belə də
bişirdiyin yeməklərin, dadı yaxşıdır hələ də..
atamın gözü zəiflədikcə, mənə baxışı dəyişir,
neyləyək, saxlamaq olmur, zamanın axışı dəyişir.
heyif ki, məğlub oluruq zamana,
ailəm olduğunuz üçün,
məni böyütdüyünüz üçün
sizə minnətdaram Ata-Ana 🤍
ölüm ayağının altında deyirdim ana, tək qoydun məni,
heç kim gəlmədi ölünə yaxın, tabutuna, tək qoydum səni,
sən öləndən sonra, adıma deyildi "yetim",
sən xəstələnəndən sonra, heç isinmədi evim.
nə halımı soran, nə bir qapımı açan olmadı,
anamdan istədiyim şeylərki var, haçan olmadı?
bəs indi elə istəyirəm ki, kaş yanımda olasan,
bəlkə gəlib çağırmısan?! qapını açan olmadı?
yoxluğa öyrəşmək üçün, gərək yoxsul olasan,
yorğanı başına çəkib, gizlin gizlin dolasan,
o ki, düşünürsən, yaş süzülür gözündən,
ağlamaq istəyirsən, gərək səssiz olasan..
evdə yatan var, sakitcə keç otağa, irağ gözündən
anam oyansaydı, əsəbləşib bərk çıxacaq özündən
anam çox həssas yatır yatanda, bir pıçıltıma oyanar,
hönkürüb ağlayım ki, bəlkə anam hıçqırtıma oyanar.
kaş oyanıb döyərdin məni, ona görə ağlıyardım,
yadındadı uşaqkən, ayağına qoyub yırğalıyardın?
elə yırğaladı ki ölüm, elə bil anamın ayağındayam,
ayağından öpərdim ki, elə bilim cənnət bağındayam.
indi də mənə qalıb ev işləri, açığı qorxuram
qorxuram çünki ev işi görəndə ölmüşdü anam,
sən ölməmişdən, ev işi görmüşdüm anam?
ona görə bacarmıram, əlimdən bir iş gəlmir,
gərək biraz öyrəşim, qaldığım ev də tanış gəlmir,
səndən sonra nə bir zəng, nə də bir tanış gəlmir,
heç kim gəlmir evimə yaxın, ölüm ayağındayam,
kimsəsizkən yaşamaqdan çox ölümə yaxındayam.
həyat bizdən aldıqlarını, görmürük doyunca
yəqin doyuruq ki, məzara qoyuruq da.
deyirlər "ayaqyalın oynuyacam toyunda",
sən ölürsən, onlar qalmır "toyundan"
səni allah qoruyarmış, bir hörümçək toruyla.
hamı öləcək, ta ki torpağ doyunca.
bir vaxt dincəldiyimiz torpağ qoynunda,
dərd əlindən dincələcəyik,
diriykən ölən adamlarıq,
ölüb, qəbirdən diriləcəyik.
torpağ məni yeyəcək, siz ehsanımı,
verəcəksiz yediklərinizin hesabını.
saçım ağarıb deyə narahat olurduz,
ağappaq kəfənə bükdünüz.
üstüm açıqdımı deyə narahat olurduz,
üstümə torpağı da, ilk siz tökdünüz.
ölənlə ölünmür deyib,
bir tikə də nəsə yeyib,
çıxıb gedəcəksiniz.
bir gün siz də bu dünyanı tərk edəcəksiniz.
bax onda dərk edəcəksiniz insan necə cılızdı,
geyindiniyiniz bu bədənlər, sadəcə libasınızdı.
budilnikdən çox çalan qızlar, elə danışır, elə bil qəhbə mənəm
Epstein deyiləm ama, mən də balaca şeylərlə xoşbəxt oluram..
evə gələndə artıq, valideynlərin nəfəs alırmı deyə yoxlamağa başlayanda, həyat başlayır.
ya göz təması qurmağa fokuslanmalıyam ya da dinləməyə. ikisini eyni anda edə bilmirəm
sən yaz'san, çiçəklər açan,
mən qışam, qəlbi buz tutan,
mən dekabr, sən yanvarsan,
mən sənə yaxın, sən uzaqsan.
sən qoparmağa qıymadığım gülsən,
səni məndən başqası qoxlaya bilməz,
ölüm bizi ayırar deyə,
ölümdən qorxduğum günsən.
yaşaya bilmərəm bu günahla, hər iki dünyada,
sənin çiyinlərin mənim günahlarımı saxlaya bilməz.
ona görə hər iki dünyadan, tərki dünyayam.
bircə gülüm sən sevsən, bağa dönərəm
güvəndiyim dağ olmayanda, dağa dönərəm,
namazda da qibləyə yox, qibtəylə sənə dönərəm,
sənlə ayrılmayım deyə, əlində dırnağa dönərəm.
həyatımın dadı, duzu..
əllərini tutsam isinər,
ürəyin tutub buzu.. dedin;
"sevmir ürək, mən buzam"
mən də buz qəlbində, məhbusam..
necə yazım soruşume, necəsən?
qapıları bağlamısan mənə sən,
gözüm sənsiz yol çəkir,
bəlkə bu yolla mənə gələsən?
sənə əlim çatmırsa, məsafələr uzundur?
yoxsa əlim gödək?
qədrimi biləsən deyə,
ölüm gərək?
bilmirəm, sənmi mənim yarımsan?
mənmi sənsiz yarımam?
sən soyuqsan mənimlə,
mən isə qəlbən yanıram..
gecənin bu saatında, niyə səndən yazıram?
hamı yatıb yəqin ki, mən isə sənsiz yatıram..