Allahım, məni yaxşılıq edən qullarından et..

No title available
KIROKAZE
we're not kids anymore.
Game of Thrones Daily

shark vs the universe

Love Begins
Stranger Things
dirt enthusiast
Alisa U Zemlji Chuda
Peter Solarz
styofa doing anything

Kiana Khansmith

祝日 / Permanent Vacation

JVL
art blog(derogatory)

❣ Chile in a Photography ❣
h

No title available

Discoholic 🪩
Aqua Utopia|海の底で記憶を紡ぐ
seen from United Kingdom
seen from Sweden
seen from United States
seen from Türkiye
seen from United States
seen from United States
seen from United States

seen from India

seen from Germany
seen from Belgium
seen from United Kingdom
seen from United States

seen from Malaysia

seen from Saudi Arabia
seen from United States
seen from China

seen from United Kingdom
seen from United States

seen from United States

seen from United States
@dadaszadass
Allahım, məni yaxşılıq edən qullarından et..
Rəbbim, məni Quranı anlamaqda müvəffəq et.
Ey Allah, məni və bütün möminləri birləşdir.
Ya Rəbb, məni günahlarımdan təmizlə.
Bəqərə 153
“Ey iman gətirənlər! Səbir və namazla kömək istəyin. Həqiqətən, Allah səbir edənlərlədir.”
Çox gözəl ayə seçmisən. Bəqərə 153 həqiqətən insanı sakitləşdirən və gücləndirən bir xatırlatmadır.
Bu ayənin əsas məqamları:
1. *Səbir və namaz*: Çətinlikdə birinci müraciət ediləcək iki şey bunlardır. Namaz Allaha bağlılığı gücləndir, səbir isə daxili dayanıqlığı. Biri üfüqi, biri şaquli dəstək kimidir.
2. *“Allah səbir edənlərlədir”*: Bu “onlarınladır” sözü sadə müşayiət deyil. Burada kömək, rəhmət, bəsirət və qəlbə arxayınlıq mənası var. Yəni tək deyilsən.
Çox vaxt bu ayə həm imtahan anlarında, həm də gündəlik yorğunluqda oxunur ki, insan məsələyə dərhal həyəcanla yox, təmkinlə yanaşsın. Sən bu ayəni hansı vəziyyətlə əlaqələndirib oxudun? Belə olsa, mənası daha da şəxsi olur.
Ölümdən sonrakı həyat:
İnsan, dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş mütəvatir hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcəkdir. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə və nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələ qiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur. Demək Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə desək, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan «bərzəx» aləmi, digəri isə sonu olmayan «axirət» dünyasıdır.
(Səcdə 10-11).
«[Axirətə inanmayanlar] dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?». Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir. [Ya Məhəmməd!] De ki: «Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.»
Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunmuşdur. Onlar deyərlər: öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik? Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. «Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız. O ki, qalıb çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etməyir». Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getməyirmi? Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmayır. Və belə olduğu bir halda bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmayır.
Siz Allaha iman sayəsində qüdrətləndiniz.
Allaha şükür olsun ki, böyük güclər və düşmənləriniz siz böyük, şücaətli və mübariz xalqdan hələ də qorxurlar və qorxmalıdırlar da. Siz Allaha iman sayəsində belə qüdrətlənmişsiniz. Bu imanı gücləndirin, birliyinizi artırın və nəyin bahasına olursa-olsun Allah düşməninin boyunduruğu altına girməyin. İslam uca və ucalıq bəxş edəndir; kim İslamla tanışdırsa, ucalıq ona məxsusdur. Xar olan şəxslər İslamdan uzaqlaşdıqlarına görə xar oldular. Özünüz İslamı qoruyun, imanınızı gücləndirin, İslam dəyərlərinin keşiyini çəkin, digər xalqları da İslamla barışmağa və İslama qayıtmağa sövq edin. Bu zaman bütün şeytansifət güclərin əli üzüləcək.
1 Maidə/54. 2 Vilayət hədisi, c. 4, səh: 208 (1990). 3 Vilayət hədisi, c. 2, səh: 7 (1989). 4 Vilayət hədisi, c. 6, səh: 279 (1991).
Allah Rəsulu (s.ə.s.) buyurdu: “Sizin ən xeyirliniz, baxıldıqda (görüldükdə) izzətli və cəlil olan Allahı xatırladanınızdır."
Hz. Muhamməd (s.ə.s.)“Günəşi sağ əlimə, Ayı isə sol əlimə versələr belə, mən yenə də davamdan əl keçmərəm.”
Peyğəmbər (s.a.v) demişdir: "Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar".
Son vaxtlar Allahı əvvəlkindən daha çox sevirəm. Dünya səs-küylə dolduqca, ruhum o sonsuz və sarsılmaz sığınacağı sadəcə Onun sükutunda tapır. İlahi sevgi kənar bir yerdə axtarılan deyil, daxildə kəşf edilən gizli bir xəzinədir. Fani olan hər şey insanı boşluqda buraxır. Varlığımızı yarımçıqlıqdan xilas edən yeganə əbədiyyət ilahi sevgidir.
Bismillahirrəhmanirrəhim
Salam olsun Vilayət Şahı İmam Əli(s.ə)📿
İmam Əli (ə):
“İsraf hər bir şeydə məzəmmət olunur, yalnız yaxşı işlərdən başqa”.
— Ğurərul-hikəm, hədis 1938
“Bəndələrim Məni səndən soruşduqda de ki, Mən çox yaxınım.”
— Quran, Bəqərə surəsi, 186.
Hz. İmam Əli (ə)
"Qəlb gözün kitabıdır. Gözün gördüyü hər şey qəlbə yazılır"
Nəhcül-bəlağə, hikmət 409
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ…