10 dəqiqəlik bir film dünyanın ən anlamlı və əla filmi kimi Cinemalara təqdim edilir .Hər kəs maraqla Cinema salonuna yığışır , bir sürü insan filmin başlama anını görmək , filmi izləməklə üçün buraya yığışmışdı. Film başladı 6dəqiqə keçdi yalnız bir səhnə var idi , tavana dikilmiş kamera. 7ci dəqiqədə də həmçinin belə insanlar buna əsəbiləşib Cinemanı tərk etməyə hazırlaşırdılar . Filmi tənqid etməyə başladıqları an 8ci dəqiqədə kamera yataqda iflic olan bir uşağa yönəlir və bu sözlər ekrana gəlir "Siz iflic olan bir uşağın həyatının 8 dəqiqəsini izləyib sıxılıb şikayət etdiniz , ona görə də hər saniyənizin qədrini bilin♥️"











