"Daha sənə deyəcək sözüm yoxdur" dedikdən sonra, adətən insanın içində deyilməmiş bir qəbirstanlıq söz qalır.
almost home
The Stonewall Inn
No title available

tannertan36
art blog(derogatory)
h
YOU ARE THE REASON

izzy's playlists!
macklin celebrini has autism
he wasn't even looking at me and he found me

Kiana Khansmith
taylor price
Claire Keane

oozey mess
Today's Document
icyghini twinkie
Show & Tell
RMH

★

roma★
seen from Malaysia
seen from Canada
seen from United Kingdom

seen from Canada
seen from Morocco
seen from Côte d’Ivoire
seen from Venezuela

seen from Jordan
seen from Germany
seen from Malaysia

seen from Japan
seen from Peru

seen from Brazil

seen from Netherlands
seen from Brazil
seen from Russia

seen from Brazil

seen from Bangladesh
seen from France
seen from Germany
@esger1i
"Daha sənə deyəcək sözüm yoxdur" dedikdən sonra, adətən insanın içində deyilməmiş bir qəbirstanlıq söz qalır.
Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, səndən hər günüm üçün güc verməyini diləyirəm. Mənə kiçik addımların sirrini öyrət. Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə et ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə. Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, ilahi! Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazımi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası ölçü hissini qorumağı öyrətməni istəyirəm. Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et. Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə. Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların həyatın təbii tərkib hissəsi olmasını adi qəbul edim. Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin. Bilirəm ki, heç nə eləməyəndə belə, bir çox problemlər həllini tapır zamanla, ona görə mənə səbrli olmağı öyrət. Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat. Həyatda nəyinsə gözümdən qaçmağına mane ol. Mənə səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver. Mənə kiçik addımların sirrini öyrət, ilahi!
Həyat, bir-birini əvəz edən saysız-hesabsız hadisələrin silsiləsidir. İnsan əvvəlcə yaşayır, səhv edir, öyrənir, yavaş-yavaş təcrübə toplayır. Hər addımında bir dərs alır, hər qarşılaşdığı vəziyyət onu bir az da dəyişir, formalaşdırır. Lakin qəribədir ki, zaman keçdikcə bu qədər topladığı təcrübənin qarşısında dayanıb düşünür: ‘Bütün bunlarla indi nə etməliyəm?’ Sanki həyatın ən çətin tərəfi də elə budur, öyrəndiklərini harada və necə istifadə edəcəyini anlamaq. Bəzən insan anlayır ki, topladığı təcrübə ona yol göstərmək üçün olsa da, doğru yolu seçmək yenə də onun öz cəsarətindən və qərarlarından asılıdır.
Bəzən fikirləşirəm ki, həddindən artıq həssas olmağ bəlkə də bir insana verilə biləcək ən böyük cəzalardan biridir. Çünki heç kim sənin kimi düşünmür, sənin kimi davranmır. Sən nə incəlikəri düşünürsən, necə detaylara önəm verirsən, amma heç kim ruhunu duymur. Sən nələrə incinərsən, bəlli etmərsən və heç kim anlamaz. Başqalarının çoxdan zibilə atdığı, yaddaşından sildiyi şeylə sən uzun müddət yaşamalı olursan. Qarşındakı insan necədirsə elə olmaq gərəkir əslində. Çünki ancaq belə anlaşmaq olur. Amma unutma ki, həssas olmaq zəiflik deyil. Bu, sənin insanlara fərqli baxışındır. Sən başqasının hiss edə bilmədiyini hiss edirsən, görmədiyini görürsən. Və bu dünyada belə insanlara çox ehtiyac var. Amma bir şeyi də öyrən: bu qədər hiss etməklə özünü də itirmə. İnsanlara dəyər ver, amma öz dəyərini unutma. Hər kəsin səni anlamasını gözləmə, sadəcə səni anlayacaq qədər dərinliyə sahib olanlara izah etməyə çalış. Həssaslığına sərhəd çəkməyi öyrən, çünki hər ürək səninki qədər səmimi deyil. Sən necə düşünürsənsə, necə sevirsənsə, bu sənə məxsus bir gözəllikdir. Və o gözəlliyi hər kəs görə bilməz. Bu da normaldır. Öz həssaslığını gizlətmə, amma onu hər kəsin ayaqları altına da sərmə. Ən əsası isə, sən hər kəs kimi olmamalısan. Hər kəs kimi düşünmədiyin, hiss etmədiyin üçün artıq başqalarına deyil, özünə uyğun yaşamağı seç. Əgər bu dünyada incə ruhlu insanlar qalacaqsa, onlardan biri sən ol. Amma özünü qorumağı da unutma..
Dəli kimi sevmək. Sən də eşitmisən yəqin bu ifadəni. Bəlkə də işlətmisən. Həmişə maraqlı olub görəsən dəli kimi sevmək necə olur? Hər gün görmək istəyidir bu? yoxsa səsini eşitmək ümidi?. Yuxuda görəcəyinə inanıb yatmazdan əvvəl onun haqqında çox düşünmək? Ona qarışa bilmədiyin üçün özünü söymək? ağlamaq? Ən pis anında ona yazıb dərdləşmək istəyini məhv edən cəsarətsizlikdir insanı dəli edən?. Yoxsa soyuq cavab alacağından qorxmaq?. Uşaq kimi möhtac olmaq? Onun yoxluğunda özünü itirmək? Vecinə olmasan da səni ən çox onun başa düşəcəyinə inanmaq? Yazdığı hər yazını öz üstünə götürmək? Onun hər yerdə səni izlədiyinə inanmaq? Mənasız, məntiqsiz, səbəbsiz şəkildə ona sadiq qalmağa çalışmaq? Hərəkətlərinə iki qat diqqət etmək?. Yoxsa bütün bu sualların cavabını bilsən də, hələ də "bəlkə" deməyə davam etməkdir dəlilik? Deyəsən, dəli kimi sevmək, onun səni heç vaxt sevməyəcəyini bilsən belə, dünyada ondan başqa heç kimi görməmək qədər kor olmaqdır. Və sən bu korluğun içində, bəlkə də həyatının ən parlaq mənzərəsini görürsən..
Heç kəs hər zaman olduğu kimi qalmır. Ya əvvəlkindən pis olur, ya da əvvəlkindən yaxşı.
O qədər də yaxşı biri deyiləm bəlkə də. Mükəmməl xasiyyətə də sahib olmamış ola bilərəm. Yalnış insanlara dəyər verməklə bərabər, çoxlu səhvlərimdə olmuş ola bilər. Amma hər şeyi unudacaq, bağışlanmaz səhvi görməzdən gələcək qədər güclüyəm. Bəlkə də, zəif yanlarım var. Amma yeri gələndə zəifliklərimi bildirməyəcək qədər də qürurluyam. Bir anda son qoyduqlarım da var mənim, xatırlamaq istəmədiklərim. Amma nə olursa olsun xoşbəxtəm. Xatırlayanda vecimə belə olmur xatirələr. Bəzi insanlar yoxluqları ilə, bəziləri isə varlıqları ilə xoşbəxtliyimin səbəbi olub. Yaxşı ki, bəziləriniz varsınız və yoxsunuz.
Bəzən həyat sadecə əlindəkiləri deyil, içindəkiləri də alar səndən. Aid olmadığını hiss etdiyin məkanlara və insanlara dözmək məcburiyyətində buraxar səni. Çıxıb getmək, qoyub getmək istəyərsən, amma "Məcburiyyət" deyər, "Həyatın qanunları" deyər, dözərsən. Və vazkeçdiklərin içində birinci özün olarsan.
Biz də xoşbəxt olmağı bilirdik. Amma getdik, güvənib sevdik. Bəs etmədi, hissetdirdik. Heç edildik. Yeri gəldi nifrət edə-edə sevdik. Darıxdığ, görməzdən gəlindik. Həm də elə bir görməzdən gəlindik ki, varlığımızdan şübhə etdik. Yeri gəldi sevdiyimiz insanın həyatında özümüzü artıq hiss etdik. Sırf buna görə özümüzə nifrət də elədik. Daha artığında, daha çoxunda gözümüz yoxuydu. Sadəcə sevdiyimiz qədər sevilmək istədik. Onsuz da dəyər vermədiyimiz insandan sevilməyimizi istəməzdik. Ama bu qədər sevilməməyi də haqq etmədik. Heç edildik. Ən gözəl hisslərimizlə sevdiyimiz insanlar tərəfindən hissizləşdirildik. Və ən pisi də sevdiyimizə, sevəcəyimizə peşman etdirildik.
Həyat qarşılıqlı anlayışdan və hörmətdən ibarətdir. Bəzən mərhəmətli olmalısan. Nələrisə sən ona bağışlamalısan, nələrisə o sənə. Amma ən önəmlisi odur ki, bağışladığın insanın öz əməlinə görə peşman olduğuna və sənə həqiqətən dəyər verdiyinə əmin olasan. Əks halda sən, səni hər dəfə incidən birini bağışlamaqla öz qəlbinə hamıdan çox haqsızlıq etmiş olursan.
Bəzən xoşbəxtlik hesab etdiyimiz bir xəyal gözlərimizi elə kor edir ki, burnumuzun dibindəki, bizi həqiqətən xoşbəxt edəcək həqiqəti görə bilmirik.
Sonra insan anlayır ki, danışmağa çox şeyi olanda susmaq gərəklidir. Məsələn dərin susqunluqlarım var. Artıq əvvəlki kimi deyiləm. Bir çox kəsləri ciddiyə almıram. Bir çox insanlara qırılmıram. Hətta ən dəyər verdiyim insanlar belə gözümdən düşüb. Sanki kim daha tez gözümdən düşəcək deyə yarışa giriblər. Altdan alıram hər şeyi. Dəyər verdiyim birisi məni üzəcək bir hərəkət etdiyində "niyə bunu etdin?" demirəm. Heç incidiyimi belə bildirmirəm. Gülürəm və keçirəm. Heç nə olmamış kimi davam edə bilərəm, fəqət heç nə əvvəlki kimi deyil heç kimlə. Hər kəsə nəsə olub sanki. Ola bilsin mən dəyişmişəm. Bəlkə də hər kəsdən uzaqlaşmaq ən yaxşısıdır. Bunun indiki dövrlə əlaqəsi filan yoxdu. Sadəcə rastıma yaxşı insanlar o qədər də çıxmır. Bəlkə də toplu şəkildə Tanrının cəzalandırılmış bəndələriyik. Artıq insanlar dostluğa dəyər vermir, sevgilər sadəcə sözdə var. Keçmişə göz atanda hər kəsdə "səni əsla unutmayacam" və ya "bizim dostluğumuz (sevgimiz) ölənə qədər davam edəcək" kimi bəsit cümlələr var. Bəs hardadı o insanlar? İndi necə olduqlarından kimsənin xəbəri yox. İnsanlar darıxmağı unudub. Hər gün danışdığın biri ilə günün birində danışmasan bu elə də hiss olunmur. Və ya ən pis anında onun yanında sadəcə sən olduğun halda, o sağalan kimi ilk səni unudur. Hərdən "xasiyyəti belədi yəqin" dediyim hallar olur. Sonra görürəm ki xasiyyətdən də keçib artıq. Onlar saxta səmimiyyətləri, yalançı "səni sevirəm"ləri həqiqətdən daha üstün tuturlar. Və bu hallar hər dəfə təkrarlandığında, insanlığa qarşı olan inam və ümidin yerlə yeksan olur. Günah elə bizdə olur. Yaxşı olmadığını bildiyimiz halda, yaxşı olması üçün ümid edərək, həyatımıza girən hər insan uğrunda özümüzdən bir parçanı qurban veririk. Və ancaq o zaman oyanırıq ki, lap çoxdan tanıdığımız özümüzdən geriyə artıq heçnə qalmayıb.
Uğruna bir şeylər etdiyiniz üçün peşman etdirməyəcək insanlar üçün çabalayın, sizin verdiyiniz bütün əməkləri görməzdən gələn insanlar üçün deyil. Çünki bir şeyə boşa əmək verdiyinin fərqinə varmaq qədər qırıcı bir şey yoxdur həyatda.
İncəldiyi yerdən qopması nəysə də, ən sağlam zənn etdiyin yerdən qopanda bir başqa üzülür insan.
Bəzən hiss etdiyin duyğunun adı olmaz. Kədər, qırğınlığı, nifrət. Bunlardan heç biri izah etməz yaşadığın o dərin hissi. Onu görəndə məsələn. Həyəcanlanarsan bəzən. Hər şeyin bitdiyini bilsən belə, qəlbinə qorxu qarışıq darıxma hissi düşər bir anda. Amma tez də geri çəkilər, uzun davam etsə dözə bilməyəcəyini artıq çoxdan dərk etmiş olduğun üçün düşünürsən. O da eyni hissləri keçirirmi görəsən? Bu suala cavabın həmişə "yox" olar. Çünki qarşında dayananın onun bədəni olsa da, onun ruhu, qəlbi olmadığını, ruhunun başqa birinin qarşısında durduğunu bilərsən. Bir addım atsan toxunacaq qədər yaxınsan bəlkə, amma minlərlə addım atsan da qucaqlaya bilməyəcəyin qədər uzaq həm də. Niyə bəs? - deyə soruşarsan gözlərinlə, niyə bu hala gəldik?.. O gözlərinə baxmasa da bir cavab gözləyirsənmiş kimi baxarsan. Cavab ala bilməzsən. Və yenə susarsan. Niyələrlə, bəlkələrlə, qırğınlıqlarınla dolu ruhunu bıçaqlayarsan bu kimi düşüncələr içində. Ağlamaq istərsən, olmaz. Gülmək istəsən, alınmaz. Susub, gözlərini qaçırmaqla kifayətlənərsən sadəcə. Boş ver deyərsən özünə. Boş ver. - Bax, bu hisslərə ad tapmaq olmur.