İnsan fitrəti; tamamilə tək, insanlardan uzaq və heç kimə ehtiyac duymadan yaşanacaq həyata uyğun deyil. Allah insanı sevgi, diqqət, insanlarla qurduğu münasibətlər və güvən hissi ilə yaşaya biləcək bir ruhla yaratmışdır. Buna görə də insan sevməyə, sevilməyə, məhəbbətə, paylaşmağa, dostluğa, həmrəyliyə və yaxınlığa ehtiyac duyan bir varlıqdır.
İnsan, bir-birinə dəstək olan, bir-birinin problemləri ilə maraqlanan, yaxşılığa çağıran, pislikdən çəkindirən, qardaşlıq, dostluq və həmrəylik içində yaşayan bir cəmiyyətin üzvü olaraq hüzur tapa biləcək fitrətə malikdir.
Allah Quranda belə buyurur:
"Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridir. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyurlar..." (Tövbə surəsi, 71)
Bu ayə insanların bir-birindən tamamilə təcrid olunmuş, yalnız öz həyatını yaşayan fərdlər kimi deyil; bir-birinə qarşı məsuliyyət daşıyan, bir-birini qoruyan, himayə edən və dəstəkləyən insanlar kimi yaşamalarının vacibliyinə işarə edir. Ayədə keçən “vəli” anlayışı yalnız tanışlıq mənasını daşımır. Buradakı məna dost olmaq, dəstək olmaq, sahib çıxmaq, qorumaq və tək buraxmamaqdır.
#möminlər #quran #dostluq #sevgi #ailə #ayə #quran #iman #sevinc #axirət #cənnət #həyat #mömin #müsəlman #əxlaq #gözələxlaq #üstünəxlaq #Allahsevgisi #Allahqorxusu #Allahaimanet #Allah #Allahböyükdür #harunyahya #harunyahyainfo #harunyahyainfoaz



















