TƏŞRİK TƏKBİRİ Həzrəti İbrahim Aleyhissəlam Həzrəti İsmaili qurban olaraq kəsməyə başlarkən Cəbrail aleyhissalam: “Allâhu əkbər, Allâhu əkbər”, - dedi. İbrahim aleyhissalam bu təkbiri eşitdikdə: “Lə̂ ilə̂hə illəllâhu vəllâhu əkbər”, - buyurdu. İsmail aleyhissalam da: “Allâhu əkbər və lillə̂hi’l-hamd”, - buyurdu. Təşrik təkbiri təşrik günlərində alınan təkbir deməkdir. Mükəlləf olan hər müsəlmana vacibdir. Bəqərə surəsinin: “Sayılı günlərdə Allahı zikr edin...” məalındakı 203-cü ayəsi təşrik təkbirinə işarə edir. Zilhiccə ayının 9-cu günü Ərəfədir. Ərəfə günü sübh namazından başlayaraq beş gün: Zilhiccənin 13-cü, bayramın dördüncü günü əsr namazına qədər -iyirmi üç vaxtda- hər fərz namazdan sonra: 📍 “Allâhu əkbər Allâhu əkbər. Lə̂ ilə̂hə illəllâhu vəllâhu əkbər. Allâhu əkbər və lillə̂hi’l-hamd”, - deyə təkbir alınır. Fərzi qılıb sol tərəfə salam verildikdən sonra ara vermədən, hələ yerindən qalxmadan, məsciddən çıxmadan və dünya kəlamı danışmadan təkbir almaq lazımdır. Təşrik təkbirini münfərid (namazı tək qılan), imam, camaat, muqim, qonaq, qadın-kişi hər kəs oxuyur. 📍 👍Takip edib 💬 Yorum yazıb 🏷️Dostunuzu etiketləməyi unutmayın. #bakı #berde #islam #xirdalan #gəncə #gence #karabaghisazerbaijan #aztagram #abseron #islamazerbaijan #baku #azerbaycan🇦🇿 #azerbaijan #maraqlı #azərbaycan #müsəlman #həccvəümrə #agdas #qəbələ #xacmaz #hac #yevlax #şuşa #hisartouraz #qəbələ #məscid #sumqayit #qax #zaqatala #balaken (Azərbaycan) https://www.instagram.com/p/CfuW48IKz86/?igshid=NGJjMDIxMWI=