İngilis dilində vacib olan 5 danışıq qaydası
1. Həddən artıq qrammatika oxumayın.
Bu qayda çoxunuza qəribə gələ bilər, lakin bu ən vacib qaydalardan biridir. Əgər siz sadəcə imtahanları vermək istəyirsinizsə onda qrammatika oxuyun. Yox əgər siz ingilis dilində sərbəst danışmaq istəyirsinizsə onda ingilis dilini qrammatika oxumadan öyrənməyə çalışmalısınız. Qrammatika öyrənmək sizi ancaq yavaşladacaq və fikirlərinizi qarışdıracaq. Siz cümlə qurarkən onu olduğu kimi demək əvəzinə qaydalar haqqında düşünəcəksiniz. Unutmayın ki, ingilis dilində danışanların yalnız 20%i bütün qrammatikanı bilir. İngilis dili öyrənən insanların çoxu qrammatikanı ana dili ingilis dili olanlardan daha yaxşı bilir. Mən əminliklə bu təcrübəni deyə bilərəm. Mənim ana dilim ingilis dilidir, ixtisasım isə İngilis Ədəbiyyatıdır və 10 ildən çoxdur ki, ingilis dili öyrədirəm. Amma mənim tələbələrim qrammatikada mənim bilmədiyim detalları bilirlər. Mən tez- tez öz ingilis dostlarıma qrammatikayla bağlı suallar verirəm, lakin çox az dostum mənə düzgün cavabı verə bilir.Halbuki onlar bu dildə sərbəst danışmağı, oxumağı, dinləməyi və səmərəli ünsiyyət qurmağı bacarırlar.
İndi özünüz qərar verin : bütün qrammtika əzbər bilmək istəyirsiniz yoxsa ingilis dilində sərbəst danışmaq?
2. Söz birləşmələrini (phrases) oxu və öyrən.
Bir qrup tələbə lüğəti öyrənir və cümlə qurmaq üçün öyrəndiyi söləri birlikdə işlətməyə çalışır.Başqa bir qrup tələbələr isə kifayət qədər söz bildiklərinə baxmayaraq cümlə qurmağı bacarmırlar. Bu məni heyrətləndirir. Onların cümlə qura bilməmələrinin səbəbi söz birləşmələrini oxumamalarıdır.
Əgər siz 1000 söz bilsəniz belə 1 düzgün cümlə qura bilməyəcəksiniz. Yox əgər siz 1 söz birləşməsi öyrənsəniz yüzlərlə düzgün cümlə qura biləcəksiniz. Əgər siz 100 söz birləşməsi öyrənsəniz, özünüz çoxlu sayda düzgün cümlə qura bildiyinizə təəccüblənəcəksiniz. Nəhayət, əgər siz 1000 söz birləşməsi öyrənsəniz artıq siz ingilis dilində sərbəst danışmağı bacaracaqsınız. Aşağıdakı linkdə tək bir söz birləşməsi ilə çoxlu sayda cümlə qurulmasına dair nümunələr verilmişdir.
http://www.talkenglish.com/Speaking/listbasics.aspx
Beləliklə, artıq vaxtınızın çoxunu söz əzbərləməyə sərf etməyin. Onun əvəzinə söz birləşmələri öyrənin. Onda siz ingilis dilində sərbəst danışmağa daha da yaxınlaşacaqsınız.
Əgər siz ingilis dilində cümlə qurmaq istəyirsinizsə sözləri öz dilinizdən bir-bir tərcümə etməyin. Çünki söz sırası çox güman ki, tamamilə fərqlənəcək. Bu sizi həm yavaşladacaq həm də bunu edərkən səhvləriniz olacaq. Onun əvəzinə söz birləşmələri və cümlələr öyrənin. Bu zaman siz cümlədəki sözləri bir-bir düşünməli olmayacaqsınız. Artıq avtomatik cümləni deyə biləcəksiniz.
Tərcümə ilə bağlı başqa bir problem də odur ki, siz cümlə qurarkən öyrəndiyiniz qrammatik qaydalardan da istifadə etməyə çalışacaqsınız. Beləliklə, cümlə qurarkən tərcümədən və qrammatik qaydaları fikirləşməkdən qaçmalısınız.
3. Oxumaq və dinləmək kifayət deyil. Bacardığınız qədər danışın !
Oxumaq, dinləmək və danışmaq hər bir dil üçün çox vacib cəhətlərdir. Bu eyniylə ingilis dili üçün də doğrudur. Lakin bu dili sərbəst bilmək üçün yeganə tələb danışmaqdır. Bildiyimiz kimi uşaqlar doğulanda əvvəlcə danışmağı öyrənirlər, artıq böyüyüb sərbəst danışmağı bacardıqdan sonra oxumağı, yazmağı öyrənməyə başlayırlar. Beləliklə, insan təbii olaraq əvvəlcə dinləyir, danışır, oxuyur, sonra da yazır. Lakin ingilis dilini öyrənən tələbələr əvvəl oxuyur, dinləyir, danışır sonra da yazır.
Qəribə deyilmi dünyanın hər yerində məktəblər əvvəlcə oxumağı, sonra yazmağı, daha sonra dinləməyi və sonda danışmağı öyrədirlər.
İngilis dilini sərbəst bilmək istəyirsinizsə sadəcə danışığınızı daha çox məşq etdirməyə ehtiyacınız var. Hər hansı bir materiala qulaq asmaqla kifayətlənməyin. Həmin materialı ucadan oxuyun. Beləliklə danışığınız getdikcə düzələcək.
4. İngilis dilinin içində özünüzü batırın.
Üzməyi öyrənməklə ingilis dilində danışmağı öyrənməyi qarşılaşdıraq.
Əgər siz sərbəst şəkildə üzməyi öyrənmək istəyirsinizsə bunu dayaz yerdə yox dərin yerdə öyrənməlisiniz. Dayaz yerdə batmağınız üçün üzməyi də öyrənməyə ehtiyacınız qalmayacaq. Ancaq dərin yerdə siz batmağa, boğulmağa başlayacaqsınız və bu zaman sağ qalmaq üçün artıq siz suda çırpinmağa başlayacaqsınız. Beləliklə, siz derin suda batmamaq üçün yavaş yavaş üzməyi öyrənmiş olacaqsınız. Bir müddətdən sonra isə artıq sərbəst şəkildə üzəcəksiniz və dərin sularda batmayacaqsınız. Dil öyrənmək də üzməyi öyrənməyə bənzəyir. Çətinə düşməsən, məcbur olmasan öyrənə bilməyəcəksən yalnız dayaz sularda qalmağa məhkum olacaqsan. Əgər siz ətrafınızda ancaq ingilis dilli insanlar olan yerdə yaşasanız siz də tezliklə bu dildə danışa biləcəksiniz.
Xaricdə oxumağa gedən bəzi insanlar var ki, onlar çox az ingilis dilini öyrənirlər orda. Bunun səbəbi onların orda öz dilində danışan insanlarla dostluq edib yaşamasıdır. Onlar nə qədər ingilis dilli universitetlərə getsələr də bu onların sərbəst danışa bilmələrinə o qədər də köməy olmur. Dərsdən kənarda onlar dostları ilə ancaq öz dillərində danışırlar və bu da onların ingilis dilində danışığı öyrənmələrini xeyli gecikdirir.
5. Düzgün materialdan istifadə et.
Bəzən insanlar ingilis dilini öyrənmək üçün bu dildə olan xəbərləri oxumağa çalışırlar. Bu düzgün öyrənmə metodu deyil. Ən azından yeni öyrənənlər üçün düzgün deyil. Cünki xəbərlərdə istifadə olunan dil formal olur, məzmunu adətən siyasi olur. Bu cür dil gündəlik həyatda istifadə olunmur. Ona görə də ingilis dili öyrənmək üçün seçdiyiniz materiallar sadə və çoxluğun istifadə etdiyi şəkildə olmalıdır.