İçimdə də uzaqsan,ha çəkirəm içimi, yenə çatmır nəfəsim sənə tərs kimi neynim Nə vaxt zəng eləyirəm sənin telefonuna hey araya düşürəm kənar səs kimi neynim. Bükülüb oturduğun toy çadırdı,ya çadra? Ha baxıram,görmürəm orda toydu,ya yasdı... İçində öldürdüyün Sevgi adlı balamın barı gətir ölüsün ata yurduna basdır. Səni bir yol gördüyüm bir yuxunu yozmağa həsr elədim ömrümün qalanını,yatmadım. Sənin adın nə yaman uzun imiş,sevdiyim: ömrüm səni bircə yol çağırmağa çatmadı.
Salam Sarvan
















