The Bowery Presents

izzy's playlists!
Noah Kahan
taylor price

Jar Jar Binks Fan Club
2025 on Tumblr: Trends That Defined the Year
he wasn't even looking at me and he found me
Misplaced Lens Cap
h
Interview Vampire Daily

shark vs the universe
I'd rather be in outer space 🛸
𓃗

gracie abrams
Cosmic Funnies

❣ Chile in a Photography ❣
No title available
hello vonnie

ellievsbear

Origami Around
seen from Brazil
seen from Chile
seen from Russia
seen from Italy
seen from Panama
seen from Colombia
seen from Ecuador

seen from United States
seen from Vietnam

seen from United States
seen from United States
seen from Russia
seen from United States
seen from United Kingdom
seen from United States

seen from United Kingdom
seen from United States
seen from Germany
seen from Russia
seen from United States
@mnfva
Və həyat insana zamanla öyrədir ki, hara gedirsən get, nə qədər qaçmaq istəyirsən qaç, içində olduğun bataqlıqdan qurtulmaq düşündüyün qədər asan olan deyil. Sən tam qurtulduğunu zənn etdiyin anda unutduğun bir şey var ki, bataqlıqda nə qədər çırpınsan o qədər dibə batacaqsan…
Əlimizdə olmayan şeylərin ucbatından xəyalını qurduğumuz və olmasına can atdığımız şeylərin sabun köpüyü kimi sürüşüb suda yox olurmuşcasına heçə qərq olduğunu bilməyin ağırlığını qaldırmaq nə qədər müddətə başa gəlir insana? Həqiqətən istədiyimiz şeylərin olmamasından sonra daha güclü olmaq mümkündür ya içimizdə onun xəyal qırıqlığı ilə ömrümüzü başa vururuq? Hansı realdır? Kiçik şüşə qırıqlarının bata-bata yaraladığı yeri zamanla özünə məskən etməsidir bu? İnsan özünü günahlandırmaqdan nə zaman əl çəkir? Yaşadıqlarımızın özümüzdən asılı olmayan səbəblərdən olmadığını bildiyi halda niyə kədərdən zövq alırmışcasına buna davam edirik, o da bir sualdır. Bircə onu bilirəm ki, kədərin özündən yorulmaq bir irəliləyişdir, irəliyə baxa bilmək üçün daxili motivasiya qaynağı ola biləcək gücün oyanmasına başlanğıcdır bəlkə də. Bu da təsəlli ola bilər insana?
İndi baharı hiss edirəm içimdə. Uzun müddət davam edən qışdan sonra torpaq altından cücərib qalxmaq istəyən bahar çiçəyi misalı ümidlərimin yenidən toparlanaraq məni canlandırdığını hiss edirəm. Arada qış soyuğunu hiss edib üşüdüyüm olur, belə anlarda yenidən qış qayıdır deyə qorxduğum çox olub, amma isti də olsa üşüməyin mümkün olduğunu qəbul etməyə başlamışam artıq, bu da birşeydir. Kiçicik də olsa səbəblər axtarmağa çalışıram ağrıları görməzdən gəlib, yetərincə ağrılara dönüb baxmamışdımmı? Zaman durmadan ötüb keçir axı.. Mənə və ya qeyrisinə də acıdığı yoxdur zamanın, bir də baxırsan saçlarına dən-dən ağlar düşüb artıq, sən nəydim, necə oldum deməyə fürsət tapmadan süzülüb gedirsən zaman və məkan anlayışlarının içində.
Nə qəribə və təəssüfləndiricidir ki, insan kədərli olduğuna çox asan əmin olduğu halda, xoşbəxt olduğunu başa düşdüyü anlar nadir olur, o an bitəndə belə onu kədər içində anır. Xoşbəxt olanda o ana qorxu ilə yanaşır, şübhə içində yenidən fırtınanın qopacağı anı gözləyirik, bəlkə biz alışmışıq deyə kədərin qaçıb getməsindən qorxuruq? Hər nəysə.
Bu axşam üşüsəm də, günəşi hiss etmək istəyirəm.
Garden State (2004) dir. Zach Braff
Yanvar ayı 31 gün falan deyil.
Ölüm haqqında ona çox az şey məlum idi: Bircə onu bilirdi ki, bəzən ölüm ildırım kimi qəfil baş verir və sonra böyük bir səssizlik çökür..
Nə gözəl deyir - “Sənin nə düşündüyün mənim nə hiss etdiyimi dəyişəcək gücdə deyil..”
Yoxkən belə sən hamıdan çoxsan🫶🏻
Son günlərdə həyat mənə öyrətdi ki, daha dəqiq desək gözümə soxa-soxa izah etməyə çalışdı ki; Bu həyətda heç bir şey özünə olan hörmətini itirmiş insan qədər iyrəncləşə bilməz. Öz prinsiplərini və mənlik duyğusunu itirmiş bir şəxs susmuş vicdanı qarşısında hər cür şərəfsizliyi sərhəd tanımadan edə bilər. Bütün bu dərs zamanı isə sən sadəcə gördüklərinin və qəlbində hiss etdiklərinin qarşısında təəcüb dolu xəyalqırıqlığı ilə heç nə etmədən, edə bilmədən eləcə susub qalırsan…