Bütün sosial şəbəkələrdə tez-tez gördüyümüz münasibətlə bağlı məsləhət verənlərə çox da inanmamaq lazım. On adamdan səkkizi mütləq danışır. Buları etmək olar, buları olmaz, filan şeyi edirsə sevir, etmirsə sevmir. Niyə axı? Niyə münasibəti bu qədər eyniləşdirirlər? Hər insan eyni deyil, hamının xasiyyəti eyni deyil. Kiminsə üçün yalnış olan əslində mənim üçün düz ola bilər və ya tam tərsi. İstənilən mövzuda sosial şəbəkə doğurdan çox təhlükəlidir. Fərqində olmadan insan şüuraltısına o qədər işləyir ki. Heç nə qəliblərə sığışmamalıdır. Hələ hələ münasibət qaydalarla olmur. Kiminsə danışdığı doğru və yalnışlarla heç olmur. İki insanın bir-birini sevməsi, dəyər verməsi, birlikdə yola çıxması o qədər özəldi ki. Və uzun müddətli münasibətlər böyük səbir tələb edir, qarşındakını başa düşməyi tələb edir, hökmən mühakimə etmək nə dərəcədə düzdü? Hansısa bir əyləncə məqsədli ya da sırf sadə gündəlik yaşamdan bir video paylaşan insanlara rahat rahat ayrıl tipli mesajlar yazırlar. Ekran arxasından göründüyü qədəri ilə ayrıl demək öz doğrularını sıralamaq nə dərəcədə düzgündür? Ya da bir münasibəti, evliliyi bitirmək bu qədər sadədimi. Çox eyniləşir hər şey. Adiləşir. Çox heyif. Ya mən çox böyüdürəm ya da doğurdan da çox pis haldı.
Hələ İvar oxuyub havaya girənlərdə var. Məsləhət verən “bunu belə et” deyən bütün şəxsi inkişaf kitabları videoları hamısına nifrət edirəm. Egoist insanların cılız fikirləri.














