İllərlə arzusunda dərin yaramız olan Qarabağ. Sənə nə qədər mahnılar, şeirlər, tamaşalar, filmlər qoşuldu, nə qədər fikirlər yazıldı, musiqilər səsləndi. Millət olaraq dil əzbəri oldu : Tanrıdan diləyimiz Qarabağ azad olsun deyə. Bir iki addımındayıq artıq, ürək döyüntümüz get gedə artır illərlə həsrət çəkdiyimiz kəndlərə, rayonlara ərazi bütövlüyü uğrunda böyük zəfərə doğru addımlamaqdayıq. Qarabağ şikəstəsi oxunanda göz önümüzdən Şuşa, Laçın, Xankəndi və. s film kadr kimi gəlib keçirdi göz önümüzdən əlbəttəki qəlbsızıltısıyla, göz yaşlarıyla donlərkən. Jurnalistlərimizin reportaj, musiqiçilərimizin konsert, pəhlivanlarlmızln gülışmək arzusu olub Qarabağ düzündə. Ümid edərək xəyallarımızda canlandırdığımız, bəzən bizə artıq yuxu kimi görünən gün bu gündür. Yenə Qarabağımızın rayon, kəndlərindən ocaq qoxusu, samovar çayı tüstüsü, mal qaraların sayı, hesabı bilinməyən sürü görüntüsü, çobanın tütək səsi gələcək. Dincəlməyə başqa ölkələrə deyil artıq öz doğma guşəmizdə rahat təmiz hava udaraq, sərin buz kimi axar suyuyla susuzluğumuzu gedərərək sevə sevə, doya doya dağları, meşələri, bağları, bağçaları, bostanları gəzmək bizə qismət olacaq. Hamısı ordumuzun sayəsində, var olsun ordumuz, yaşasın millətimiz, xalqımız,əbədi olaraq "Qarabağ Azərbaycanındır" həkk etti bütün dünyaya. Son olaraq Azərbaycanlı olmağımla fəxr edirəm deməyi özümə borc bilirəm.. Əslən QARABAĞLI olmasada, Qarabağlılar kimi Qarabağ torpağının qaytarılması arzusunda olanlar sırasından olmuşam. Bu gün isə hamımız Qarabağlıyıq çünkü cəbhədə döyüşən əsgərlər sırasında hər bir bölgədən oğullar var bax elə XIZIDANDA.. 🙏👬🇦🇿