New Post has been published on Yemek Reseptleri,Yemək Reseptləri, Şirniyyatlar, Şorba Reseptləri, Salatlar və Qəlyanaltılar, Duru Yeməklər,
New Post has been published on http://metbexdenxeberler.com/pryanikli-xamali-tort/
Pryanikli xamalı tort
Ərzaqlar
Tərkibi:
2 ədəd banan
130 qram şəkər pudrası
60 qram südlü şokolad
300 qram şokoladlı pryanik
350 qram 25%-li xama
Hazırlanması
Pryanikləri ortadan 2 hissəyə bölün.
Bananları halqa formasında doğrayın.
Kremi hazırlamaq üçün xamanı şəkər pudrası ilə çalın.
Tortu hazırlamaq üçün hər dilim pryaniki kremdə fırladın və dairə formasında olan hər hansı bir qaba 1 sıra düzün. Aradakı boşluqları da xırda pryanik kusoklarıni kremləyib doldurun.
1 sıra düzdükdən sonra üsdünə krem çəkin və banan dilimlərini düzün.
Bu prosesi təkrar edib pryanikləri dağ formasında üst-üstə düzün.
Alınmış dağ formasında tortun kənarların da xamalı kremlə örtün.
Şokoladı su vannasında əridin və tortun üzərinə tökün.
8-12 saat soyuducuda saxlayın.
Nuş Olsun!

















