əgər bir şeyə çarə varsa, bədbəxt olmaq nəyə yarayar? əgər bir şeyə çarə yoxdursa, bədbəxt olmaq nəyə yarayar?
let's talk about Bridgerton tea, my ask is open
Today's Document
Mike Driver

No title available
DEAR READER
Xuebing Du
dirt enthusiast
NASA
YOU ARE THE REASON
Aqua Utopia|海の底で記憶を紡ぐ
No title available
AnasAbdin
$LAYYYTER

pixel skylines

Love Begins
One Nice Bug Per Day
almost home
Sade Olutola
wallacepolsom

tannertan36
seen from Canada

seen from United States

seen from United States

seen from Malaysia
seen from Netherlands
seen from United States
seen from United States

seen from United States

seen from Germany

seen from United States

seen from Canada
seen from Brazil
seen from United States
seen from T1
seen from United States

seen from United States

seen from South Korea
seen from Romania
seen from United States
seen from Spain
@shayylaa7
əgər bir şeyə çarə varsa, bədbəxt olmaq nəyə yarayar? əgər bir şeyə çarə yoxdursa, bədbəxt olmaq nəyə yarayar?
səhvən oturduğum yerdə yatıb qalmışam. birdən başım önə düşəndə oyandım və bu kənddə hamının içində baş verdi. BİYABIR OLDUM. Rezalet. mən niyə mal olaraq dünyaya gəlmişəm axı
son zəngdən sonra kəndə gəldim. qohumlarla oturmuşuq. aralarında ən balaca mənəm və əksəriyyəti 60+du. kaliteli sohbet ve kaliteli ortam.
bu mahnı məni kosmosa aparır.
səhər son zəngimdir. həyatımın bir dönəmi bitir. çox da yaxşı məktəb illəri keçirməmişəm. heç vaxt olduğum sinifə aid hiss etməmişəm, ikiüzlü insanların içində hər şeyi üzə deyən olmuşam, heç bir sinif yoldaşımla dost olmamışam ancaq uzaqdan salam sağ ol. dərslərimi çox yaxşı oxumuşam, amma məktəbi heç vaxt sevməmişəm. mənimki ancaq otağımda oturub dərs oxumaq, film izləmək, kitab oxumaq və mahnı dinləmək olub. sonra yaşım artdıqca yeni insanlar tanımışam və hər zaman həyatıma yeni şeylər öyrənəcəyim, bənzər maraqlara sahib olduğum insanları almışam. yaxınımda ancaq danışarkən əlinə koz vermiş kimi hiss etmədiyim insanlar var. ibtidai sinif müəlliməm mənə demişdi ki, nolsun şərəf löhvəsində şəklin var, amma səndən heç nə olası deyil. indi isə mən imtahandan 600+ bal gözləyirəm. əlbəttə ki, hər şey bal deyil. uğurlarımdan çox danışmağı sevmirəm, amma ayıptır söylemesi dedim bunu sizə deyimm. nifrət etdiyim məktəb üçün darıxacam, amma yaşananlar üçün yox yaşaya bilmədiklərim üçün. bəlkə də günah məndə idi onlar kimi ola bilərdim. ola bilmədim, amma yoxladım. alınmadı yaşıdlarım kimi olmağı bacara bilmədim. bu yazıyı yazarkən ağlayıram çünki içimdə böyük bir sevinc və kədər var. məktəb mənə sadəcə pis xatirələr deyil, gözəl insanlar da qazandırdı. ən sevdiyim müəlliməm, bəzi hazırlıq yoldaşlarım, hərbi müəllimimiz Aslan müəllim bu kişiyi çox istəyirəm, bəzi gülməli anlar, dərsdən kreativ fikirli qaçışlarım. bu arada hər zaman hazırlığa çata bilmək üçün qaçmışam. 11 ildə çox şey öyrəndim. ən çox da buna görə sevinirəm pis ya da yaxşı çox şey öyrəndim. əlbəttə, heç bir müəllimimin hətta ibtidai sinif müəlliməmin belə haqqını ödəyə bilmərəm. mənə bir hərf öyrədənin belə mənim üzərimdə böyük haqqı var. sabah həyatımda ən çox nifrət etdiyim şeydən qurtuluram. ötən illərimə bir də qayıtsaydım, balaca mənə otağından çıxarıb həyatla tanış olmasını, doğruyu eşitmək istəməyənlərə heç nə deməməyi, uşaq olduğunu və yaşıdlarıyla hər şeyi unudub uşaq kimi oynamasını tövsiyyə edərdim. çox maraqlıdır, bunları etsəydim yəqin ki, indiki mən olmazdım. boş verin, ən azından bu gün saçımın qıvırcıqları çox gözəl oldu. elə buna görə bu gün gəşəng gündür.
bu mahnıyı dinləyərkən qəribə bir şəkildə həm uşaqlığıma dönürəm, həm də çox güvəndə hiss edirəm. bu mahnının verdiyi o hissiyatı sözlərlə ifadə edə bilmirəm. qəribə bir hissdi, amma çox gözəldi.
və bu gün də anladım ki, gözəl şeyləri insanlara anlatmaq lazım deyil.
playlistim o qədər əlaqəsiz mahnılarla doludu ki, bir tərəfdə Slipknot, Deftones, Pitbull bir tərəfdə Eflatunun Ceyran Amandı mahnısı var. hele Ağadadaşın mahnıları da var. və hamısı da eyni playlistdədi. bu arada Deftones və Pitbull da əlaqəsizdi. deyəsən mahnı zövqüm bir az yox çox qarışıqdı.
bir gün bir qərar verdim və letterboxdda bütün izlədiyim filmləri watchlistə əlavə etdim. qərarım bu idi ki, bütün izlədiyim filmləri yenidən izləyəcəm. izləyərkən yaşadığım hissləri yenidən yaşamaq istədiyim üçün bunu etdim. üzərinə izləmədiyim filmləri də əlavə etdikdə filmlərin sayı artdı. və bunu edərkən o qədər xoşbəxt oluram ki. əvvəlki təəsüratlarım ilə indikilər o qədər də üst üstə düşmür. bu, mənə böyüdüyümü və fikirlərimin dəyişdiyini çox yaxşı göstərir. filmlərdən danışmışkən ağlıma gələn bəzi gözəl filmləri deyim hansıki yenə watchlistimdədir, amma ən azı 2 dəfə izlədiyim filmlərdir. “Godland” bu film mənə o qədər təsir etmişdi ki, izlədiyimin səhərsi günü yenidən izləmişdim. “The in between”, “Disturbia”, “The Pale Blue Eye”, “Then Came You” “The Oxford Murders”. çox tanınmayan filmlərdən də demək istədim. zamanınızı boşa xərcləməyəcəyiniz gözəl filmlər izləmək istəsəniz bunlar çox gəşəngdir. birini də əlavə edim “İn time”. ən sevdiyim mahnıyı bu film ilə dinləməyə başlamışdım. mənim ən sevdiyim filmdir bu arada.
səhərləri oyana bilmək üçün muhteşem yüzyıl izləyirəm ki, xaos məni ayıltsın. saray entirikaları ilə günə başlamaq məni çox xoşbəxt edir. bi də məsələn, nəsə iş görəndə arxada səs olsun deyə Pargalının ölüm səhnəsini açıram. bəzən də Mustafanın andiçmə səhnəsini də çox izləyirəm. artıq əzbərləmişəm. mən niyə mənasız şeylərlə xoşbəxt oluram özüm də bilmirəm. muhteşem yüzyıldan danışmışkən “Hasbahçenin gülü” mahnısını dinləyin. melodiyası o qədər nağılsıdıkii. muhteşem yüzyılın mahnılarından “Mahidevran” da gəşəngdi fərqli bir hissiyatı var. favorim “Masumiyyet” mahnısıdı. İbrahimin monoloqu ilə başlayır.
qapının önündə “Carpe diem” yazısını görəndə bir an dayandım və sadəcə bu yazıya baxdım. çox gözəldir axı
son zamanlarda xoşbəxt olmağı bacara bilmirəm. etdiyim heç nə ilə xoşbəxt ola bilmirəm. halbuki heç bir problem yoxdu. şükür hər şey qaydasındadır yəni problem məndədir. sanki qəlbimdə bir yarımçıqlıq var və nədən olduğunu bilmirəm. mən həyatı sevən biriyəm yəni necə deyim nə olursa olsun gülüşümü üzümdən silmirəm. amma bu son zamanlar mən əvvəlki mən deyiləm. bəlkə də yorulmuşam, amma belə olmaz axı. həyatda ən çox zövq aldığım şey öyrənməkdi. mən öyrənərkən belə artıq xoşbəxt ola bilmirəm. tək yaxşı hiss etdiyim zamanlar reels izlədiyim zamanlardı. Tom Hardy və Jacob Elordinin editlərinə baxıram. bu arada Elordinin boyu 1 96 imiş. mən öyrəndim siz də bilin. nə olursa olsun həyat gözəldir və onun üçün mübarizə etməyə dəyər. Elordinin boyundan sonra Hemingwayin sözünü deməyim bir az qəribə oldu.
“Forever is composed of nows”
Emily Dickens.
Bu cümləni “My Oxford Year” filmində görmüşdüm. Bilinçli yaşamağın əsl mənasını açan gözəl filmlərdəndir. Bir şeyin gözəl və unudulmaz olması üçün sonsuzadək davam etməsi vacib deyil. Film bunu çox gözəl anladır.
mən hələ də Peter Panı gözləyirəm. “Peter Pan” kitabının son cümləsini deyəsən tək mən aşa bilmirəm. hər ağlıma gəldikdə gün ərzində overthink səbəbim olur. bu arada nağılsı bir hekayə oxumaq istəsəniz oxumamısınızsa “Peter Pan” gözəl seçim olar. bu arada məncə, uşaq hekayəsi deyil.
- What if l fall?
- Oh, but my darling, what if you fly?
həyatımın bir dönəmində 2 seçim qarşısında qalmışdım. əslində mən riskli olanı, daha çətin olanı istəyirdim, amma yenə də daha rahat olan seçimi edib hər şeyi daha rahat həll edə də bilərdim. qorxurdum, bacara bilməməkdən. ya alınmasa deyə deyə istəmədiyim rahat olan yolu seçmək üzərəydim. və bunun üçün çoxlu səbəbim də var idi. bu söz tam o zaman qarşıma çıxdı və mən qəlbimdəkini, ən böyük arzuma gedəcək olan yolu seçdim. və indi peşmanmıyam? xeyr. düzdür, həyatımın son 2 ili çox stressli və yorucu keçdi. amma mən buna şirin yorğunluq deyirəm. məncə, öz seçdiyin məqsəd uğrunda çalışmaq böyük bir nemətdir. və indi deyəsən mən bacarmışam. deyəsən deyirəm, çünki hələ bəzi şeylər dəqiq deyil. yolun sonunda nə olur olsun mən çalışdığımı və vuruşduğumu bilirəm. bu mənim üçün ən böyük mükafatdır. məncə, önəmli olan çatmaq deyil, yol boyunca necə birinə çevrildiyindir.
Hər izlədiyimdə məni safe place hiss etdirən tək film. Bu film məni kosmosa aparır. Ailə anlayışını çox gözəl anlatdığını düşünürəm. Həm kədərləndirən, həm də çox güldürən bir filmdi. Qəlbinizi isidən, özünüzdən parçalar tapa biləcəyiniz bir film axtarırsınızsa izləniləcək ən gözəl filmlərdən biridir.