I Əraf surəsi, 20-ci ayə. “Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi”. Münafiq də vəsvəsə verər. Zəif insanları seçər. Münafiqlərin hədəflərindəki insanlar, vəhşi heyvan necə zəif heyvanları seçir ona müsəllət olar, münafiqlər də zəif olduğunu düşündükləri insanları seçərlər, onun üzərinə yüklənərlər. Onun üçün, münafiqlər bir insanın üzərinə yüklənəndə o insan Allaha sığınacaq, çox diqqət yetirəcək buna, inşaAllah. “Ve dedi ki: “Rəbbinizin sizə”, Allaha hörmətlə xitab edir “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız.” Yəni “əbədi yaşamağınızı əngəlləmək üçün belə bir vəziyyət var” deyir. Allahın bu ağacdan uzaq dayanmağınızı istəməsinin səbəbi: “sizin əbədi yaşamağınızı istəmədiyi üçündür. Amma yesəniz, əbədi yaşayacaqsınız” deyir. Ağacı yaradan Allahdır, əbədi yaşamağı yaradacaq olan da Allahdır. Axmaq şeytan və münafiqlər də elədirlər, Allahın öz qanununa güc çatdıra bilməyəcəyinə inanırlar. Yəni öz qanununu idarə edə bilməyəcəyinə inanır. Yəni o ağacdan yesə, “bir daha Allah onu, özünü idarə edə bilməz” deyir. “Həmçinin (şeytan) onlara and verərək: “Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi”, münafiq də dini ifadələrdən istifadə edər, münafiqlər öyüd verməyə də çox maraqlı olarlar. Hər kəsə öyüd verərlər, “mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir” deyərlər. İnandırmaq üçün Allahın adından istifadə edirlər. #adəm #adem #həvva #havva #iblis #şeytan https://www.instagram.com/p/CfYMApKsBDB/?igshid=NGJjMDIxMWI=
















