Nə istəyirəm bilirsənmi? Hər hansı bir küçənin hər hansı bir səkisində yanından keçən biri mənim ətrimi vurmuş olsun, sən də o ətiri gözlərin dola-dola qorxaraq ciyərlərinə qədər çəkmiş ol. Sonra səkiyə otur səssizcə və saatlarla ağla. Hər göz yaşında məni xatırla. Başqa bir gün, özüvü aşiq olduğun bir adama sarılarkən qarşındakının bədənin, saçının qoxusuyla mənim qoxumu müqayisə edərkən tap. İçində “mən nə edirəm? özünə gəl” deyərək bir anda “mən gedirəm” deyib uzaqlaş ordan və gedərkən səhvlərini gör, xətalarını gör, münasibətimizi bitirdiyinin səbəbini xatırla və peşman ol. Məni xatırla. TV’də bir serialı və ya filmi izlərkən “o da izləyirmi” deyə düşüncələrə dal, içindən mənə mesaj atmaq və ya zəng etmək gəlsin. Hər hansı bir saytda bürc şərhlərinə baxarkən mənim bürcümə baxmadan keçmə və yenə məni xatırla. Gecə başını yastığa qoyduğunda məni yenə xatırla, o saatlarda həmişə mənimlə danışdığını xatırla. Özündən nifrət et. Ətrafındakılardan nifrət et. Birlikdə olduğun adama da nifrət et. Məni sev demirəm. Amma bir mahnı dinlədiyində, hər hansı bir nəqarətində sinəsinin tam ortası durduq yerdə sancsın, bir az canın ağrısın. Məni xatırla.










