Qalmışam suallarla cavabların ortasında. Nə mənim özüm varam , nədə ki , mənim obrazım var. Mən səni istəmişəm hər saniyə sonrasında. Axtarmışam tapmamışam Konfutsinin yoqasında. Məndən başqa hamı düz gedir mənim kompasımla. Kül olmuş ehtirasam əsgərlərin formasında. Bezmişəm formasından bu dünyanın. İstəmirəm gözlərimi olmasınlar. Sümüklərimin ağrılarını , sənsizliyi zorlasınlar. Göndər bir-iki cümlə səhvlərimi korlasınlar. Biz üçün məna dəyişsin , ikimizi qovmasınlar. Bədənimizi kodlasınlar , bizi cənnətdən qovulmaq üçün yollasınlar. Gələndə xoşbəxtliyi oğurlayaq torbasından, (tanrıların) deyək ki: "bizə çox yaraşır bu" heçnə sormasınlar. Mənfi auraları rədd edək qonmasınlar. Üstümə gəlməsinlər hisslərimi boğmasınlar. #bitmədi https://www.instagram.com/p/B-OZxFan5jn/?igshid=1xv9m3cdyjf07









