Kitaba dərs vəsaiti də deyə bilərsiniz, ədəbiyytaşünaslar üçün xəzinə də deyə bilərsiniz, ancaq mənimçün bir başqa tapıntı oldu. Sən demə çox mətləbdən xəbərsizmişəm. Bu kitabla nəinki üç ustanın həyat və fəaliyyətini, eyni zamanda dördüncü ustanın da psixoloji analiz qabiliyyətini, geniş dünyagörüşünü yenidən kəşf etmiş kimi oldum. Üç böyük ustaya dördüncü ustanın gözlərindən baxdım. Stefan Sveyqin söz xəzinəsinə heyran olmamaq mümkün deyil. Elə poetik yazıb ki, kitabı oxuduqca Balzakla birlikdə coşur, Dikkenslə hadisələrin acılığının yumşaldılması üçün əsərlərinə qatdığı satiranın fərqinə varır, Dostoyevskiyləsə dəfələrlə ölüb yenidən dirilirsən. 😍@stefanzweigpage #stefanzweig #üçbüyükusta #balzac #dikkens #dostoyevski #ceylanmumoğlu #ceylanmumoglu #mumogluceylan #ədəbiyyat #kitab #books #book #bookstagram #чтопочитать #чтение #книжныйчервь (Istanbul, Turkey)













