"Mayaka doğru" romanı 1927-ci ildə Virciniya Vulf yaradıcılığının çiçəkləndiyi dövrdə yazılıb. Müəllifin modernist üslubda yazılmış sayca beşinci romanıdır. Bir çox tənqidçilərə görə roman avtobioqrafik əsərdir. Xanım Ramsinin obrazında öz anasını göstərən yazıçı, öz ailəsində onun ölümündən sonra yaranmış boşluğu təsvir edib. Romanı sanki bir ailə portreti təqdim edir və bu qəhrəmanlar da oxucuya yalnız öz dünyagörüşlərini verirlər. Əsər süjeti qeyri-stabildir, bitməmiş, aydın olmayan sonluğa malikdir. Yazıçı böyük diqqəti ani hislərə və düşüncələrə, "şüur axını"na ayırıb, bu halda süjet sadəcə tarixi fon olmağa xidmət göstərib. Romanda simvolizm ədəbi üsulundan məharətlə isitifadə edilib ki, bu da düşüncələrin, xatirələrin, epizodlarln vahid bir tamda bütövləşməsiylə romanı sirli rənglərə bürüyüb. Elə əsərin adından da göründüyü kimi əsas simvolik fiqur mayakdır. ❀❀❀❀❀@mumogluceylan ❀❀❀❀❀ Modern roman dendiğinde ise adı Franz Kafka, James Joyce ve Marcel Proust gibi devlerle yan yana anılan Virginia Woolf, şiirsel üslubu ve özellikle bilinç akışı tekniğini kullanım biçimiyle geleneksel roman anlayışını altüst etmiş; yapıtlarında bireyi merkeze koyarak insanoğlunu en iyi anlatan yazarlardan biri olmuştur. Onun Deniz Feneri adlı romanı ise, birçok edebiyat tarihçisi ve eleştirmen tarafından başyapıtı olarak görülüyor. İyi okumalar! Xoş mütaliələr! V. Vulfdan kim hansı əsəri oxuyub? ✿ #virginiawoolf #mayakadogru #denizfeneri @woolf.virginia #woolf #read #reading #book #books #ceylanmumoğlu #ceylanmumoglu #kitab #edebiyat #ədəbiyyat #ingilizedebiyatı #booklover #bookstogram #kitabsevərlər #kitap #kitapkurdu















