Səni sevməyin yanında Yaşamaq heç nədi, heç nə! Gərək səni sevəm... sevəm Ürəyi şüşə qabda yox, Elə səndə olan divəm.
Adın da mürəkkəbdi, adın dilimə dəyməz. Özün demişdin axı, Adam bəxtindən qaçıb Gülləyə gələnə dəyməz.
Qırmızı şərab kimi Ölümcül dodaqların, içkiyə tövbəliyəm mən yazıq yenə. Səni qucaqlamaqdı Kəbədə dövrəm.
Əynində dodaqlarımın qarışqa yerişləri, yer altında metro kimi dərd altından barmaqlarımın “stansiya” gedişləri... hesablaya bildinmi, bu gediş-gəlişləri?!
Sərhədləri itirilmiş Məmləkətin küncündəyəm. Daha bu kağız ölkədə Kiməm ki, kimdən inciyəm.
Sağımda sən, solumda sən. De, nə qədərsən, Neçəsən?! Bəlkə o qədər sənlərdən Birin mənimçün keçəsən?
Emin Piri ©











