1. Un bir qaba ələnib, üzərinə yumurta, süd, bitki yağı, şəkər tozu, duz və maya əlavə edilib yumşaq xəmir yoğrulur.
2. Xəmir üzəri dəsmal ilə örtülüb isti yerdə həcmi 2 dəfə artana qədər mayalanmağa qoyulur.
3. Xəmir gəldikdən sonra 5-6 kündə ayrılır və 30 dəqiqə dinləndirilir.
4. Göyərti, kərə yağı və sarımsaq blenderdən keçirilir, və yaxud göyərti xırda doğranılıb əzilmiş sarımsaqla qarışdırılır.
5. Hər kündənin üzəri iti bıçaqla kəsilir və kəsiklərə 1/2 çay qaşığı içlik qoyulur.
6. Kökələrin üzərinə yumurta çəkilib 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.
7. Bu kökələri çay və ya şorbalar ilə süfrəyə verə bilərsiniz.
Əvvəlcə içliklər hazırlanır. Göyərtilər yuyulub qurudulduqdan sonra xırda doğranır , zirinc, duz və istiot ilə qarışdırılır.
Ət soğan ilə birlikdə ətçəkən maşından keçirilir, zirinc, duz, istiot və sumaq vurulub qarışdırılır.
Xəmir üçün maya ilıq suda isladılır, sonra una duz, maya əlavə olunur, ilıq su az-az əlavə olunaraq xəmir yoğurulur. Xəmiri isti yerdə üzərini örtüb 1 saat mayalanmağa qoyun.
Mayalanmış xəmiri kiçik , qoz boyda kündələrə ayırın.
Hər kündəni un ilə 10-15 sm diametrdə yayın.
Yaydığınız yuxaların içinə, dairənin yarısına içlik qoyun, digər yarısını üzərinə gətirərək kənarlarını bərkidin.
Hazır qutabları tavaya yığın.
Sobanı əvvəlcədən qızdırıb ən yüksək temperaturda 230-250 dərəcədə qutabların hır iki üzünü bişirin. Bişdikdən sonra qutabları isti-isti kərə yağı ilə yağlayın.
1 dəstə turşəng (quzuqulağı) ( mən əvəzinə 2 x.q. zirinc vurdum)
2 dəstə şomu (ispanaq), 2 dəstə keşniş, 2 dəstə şüyüd
1 dəstə göy soğan
80 qr kərə yağı ( ərinmiş)
Əvvəlcə içliyi hazırlayın. Göyərtilər təmiz yuyulub quruduqdan sonra xırda doğrayın.
Az yağda bir az pörtlədib duz, istiot və zirinci vurub qarışdırın.
Xəmir üçün bir qabda un, yumurta, mayonez , duz və mayanı qarışdırın. Məndə instant maya, yəni özü aktivləşən maya olduğu üçün birbaşa qatıram. Sizdə quru mayadırsa bir az ilıq suda açıb əlavə edin. İlıq suyu az-az xəmirə əlavə edərək yoğurun.
Mayalanmağını gözləmədən xəmiri 3 kündəyə bölün.
Hər kündəni nazik yayın.
Yaydığınız xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkin.
Və içlikdən bir qat hər tərəfinə yayın.
3 qatı üst-üstə eyni qayda ilə edib, sonda rulet kimi bükün və kənarlarını bağlayın.
Listi yağlayıb ruleti qoyun, üzərinə yumurta çəkib küncüt səpin,ruleti bir neçə yerdən çəngəl ilə deşin.
Sobada 180 dərəcədə 30-40 dəqiqə, üzəri qızarana qədər bişirin.