I Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi. (Ənbiya surəsi, 74-75) Allah Quranda “Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut...” (Rum surəsi, 30) şəklində buyurur və insanları müəyyən fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara Allahın yaratdıqlarına dəyişdirmələrini əmr edir (Nisa surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlığa salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksuallıqdır. Belə ki, Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız həyat yaşayan bu insanların vəziyyətini “...Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz; azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır” (Əraf surəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin “Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər” (Nisa surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı qarşılıq bu şəkildə bildirilir: Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar. (Məryəm surəsi, 59) Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz. Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. Qövmünü də Allahdan qorxub çəkinməyə, Allahın qadağan etdiyi bu pozğunluqdan vaz keçməyə və Allahın rizasına uyğun yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allahın xoşbəxt elçisinin dəvətinə düşmənçiliklə cavab vermişdi. (ardı rəydə) #lut #hzlut #ibrahim #hzibrahim #homoseksuallıqharamdır #günah https://www.instagram.com/p/CgrichMMWFg/?igshid=NGJjMDIxMWI=















