Bir "Fullbright" təqaüdçüsünün kannibalizm hekayəsi
Yaxın bir dostum var, hal-hazırda ABŞ-ın İndiana ştatında təhsil alır, "Fullbright" təqaüdçüsüdür. İyulda yola düşdü ora, elə o vaxtdan baş qarışıq olub, fərli-başlı danışa bilməmişik. Bir neçə gün öncə, Skype-da tutdum onu. Özü də nadir eksponatdır, "Deportivo"nun "extinct" azarkeşlərindəndir (xoşum gəlir qeyri-mainstream klublara azarkeşlik edən insanlar görməkdən). "Depor" da ki, 2 xal itirmişdi, dedim bir uşağı bir az prikola tutum :) Sonra isə başladıq ordan-burdan, həyatdan danışmaqdan. Nəticədə, hələ uzuuun müddət unutmayacağım bir dialoq alındı :)
"Mən: Canun başun necədir?
Mən: Yeməyə bir şey tapırsan?
Tommy: Hə, insanlar yaxşıdır burada"
:D
Fürsətdən istifadə edərək, Tommy-ə dərslərində uğurlar arzulayıram! Möhkəm ol! ;)














