"Qız olsaydı, sevərdim" silsiləsindən...
Bir neçə ay öncə yaxın bir dostumuz Amerikaya ezamiyyətə yola düşürdü. Biz də əlbəttə ki, belə fürsəti əldən verə bilməzdik, xüsusilə nəzərə alsaq ki, çoxdandır Kindle istəyirdik. Mən və "Zu" təcili şəkildə online sifariş edib, yolladıq Kindle-ları onun qalacağı ünvana. Düzü əvvəlcə "Kindle Fire" ilə "Kindle Touch" arasında qalsam da, "Fire"-a daha çox meyl etsəm də, sonda Zunun "təsiri" ilə mən də "Kindle Touch" sifariş etdim. Bir neçə sadə səbəbi var:
1) Kindle almaqda məqsədim kitab oxumaq idi, qalan hər şey "plus" xarakteri daşıyırdı. "Fire" 8 saatdan artıq "zaryadka" saxlamır, bu isə, uzun müddət oxumaq istəyən adam üçün sərf etmir, xüsusən əgər uzunmüddətli səfərə çıxırsansa. Üstəlik, işığı da adamın gözünü ağrıdır: "Fire" e-ink formatı dəstəkləmir. E-ink formatlı Kindlelarda isə ekranın işığı olmur, ona görə də onları gün işığında belə oxumaq olar və saatlarla kiminsə "üzünə yanan fənər tutma" effekti də olmur.
2) "Kindle Fire" o vaxt "budget tablet" kimi təzəcə girmişdi bazara, ona görə də natamamlıq hiss olunurdu cihazda.
"Kindle Touch"-ın bir çox super-buper keyfiyyətləri var: Balacadır, yüngüldür, rahatdır, touch screen-dir :), yaddaş sonsuz, "zaryadka" sonsuz. Wi-fi-a qoşulu olanda, tam doldurduqdan sonra azı 2 həftə doldurmadan rahat işlətmək olur. Üstəlik, kitablar daha ucuz, rus dilində oxuyanlar üçün isə ümumiyyətlə pulsuzdur. Ona görə bir keyfiyyəti də əlavə edirik: QƏNAƏTCİL! Öz adımdan da deyim ki, Kindle alandan sonra oxumağa həvəs artıb, üstəlik, avtobusda, metroda pəncərəyə zillənmiş baxışlı günlərim də bitib :)
İndi isə günün xəbəri: bayaq Zu mənə bir link göndərib. KINDLE PAPERWHITE gəlir!!!
Düzdür, ola bilər gec xəbər tutmuşam (müəyyən məhsulu alandan sonra istər-istəməz daha az maraqlanırsan bazarda baş verənlərlə), amma bu haqda yazmamaq olmaz.
Təzə "Kindle Paperwhite" "Kindle Touch"-dan da möhtəşəmdir! Eleqant qara rəng, 25% daha artıq kontrast, 62% daha artıq pixel, 8 həftə (!) "zaryakda" və s. və i. Amma ən əsas dəyişiklik: Kindle-ın yenilənmiş versiyası qaranlıqda oxumaq imkanı yaradır! 4 il üzərində işlədikdən sonra, Amazon komandası möhtəşəm nailiyyətə imza atıb.
Unlike a backlit tablet display, Kindle Paperwhite guides light towards the surface of the e-ink display from above so that the light never shines directly towards your eyes, allowing you to read comfortably without eye strain.
İşıq sizin üzünüzə doğru deyil, cihazın içinə doğru yönləndirilir. Nəticədə gözləriniz ağrımadan qaranlıqda oxuya bilərsiniz. Üstəlik, LCD ekranlardan fərqli olaraq, ekran parıltı saçmadığına görə, onu yenə də gün işığında oxumaq mümkün olacaq. Simply amazing, isn't it?! :) Ətraflı, burada.
Downgrade kimi hələlik bircə onu deyə bilərəm ki, "Kindle Touch"-dan fərqli olaraq, yenilənmiş modelin yaddaşı 4 GB deyil, 2 GB-dır. Yaxşı xəbər olmasa da, istənilən halda 1000-dən artıq kitabı rahat şəkildə yükləyə bilərsiniz, hələ artıq yer də qalacaq, ora da mp3 formatda audio kitablar yükləmək olar :)
Qiymətə gəlincə: "Kindle Touch" 99$-a idi. "Kindle Paperwhite"-ı isə 119$ (Wi-fi) və 179$ (3G + Wi-Fi) əldə etmək olar. Release date: 1 Oktyabr.
Iphone5? Нет, не слышал. Kindleeeeeeeee Foreveeeeeer! :)