“Pre-advance mərhələsində Excel- bilikləri” mövzusunda növbəti təlim həyata keçirilmişdir
13 avqust 2011-ci il tarixində “İRƏLİ” Təlim Mərkəzində “Maliyyə” mövzusunda növbəti təlim həyata keçirilmişdir. Görüşdə təqdim olunan mövzu “Pre-advance mərhələsində Excel- bilikləri” olmuşdur. Bu dərs maliyyə cədvəlləri və büdcələrinin hazırlanması zamanı Exceldən istifadə yollarını öyrənmək üçün önəmli mövzulardan biri idi.Dərs vaxtı gənclər onlara təqdim olunmuş kompüterlər vasitəsilə təlimçinin izah etdiyi məlumatları əyani olaraq reallaşdırıb öyrənmək imkanı əldə etdilər. Gənclər dərsin çox faydalı olduğunu vurğuladılar.
Qeyd edək ki,Maliyyə mövzusu üzrə dərslər təlimçi Dr. Məzahir Abdullayev tərəfindən aparılır.












