İşlər tərs gətirəndə həyatdan küsməməliyik, Gücdən, əldən düşəndə yola davam etməliyik. Zirvələr bizdən uzaq , şikayət etməməliyik, Həyat amansız yarış, sürətli ol, birinciyik.
Sən güc tap özünə inan, Söz ver özünə, sına, Dünya sənin əlində , Yaşa ömrün sonuncu günü kimi.
Gözəlliklərə inan, gözəlliklər yaranacaq, Bədbinliyə qapılsan həyat biri unudacaq, Əməllərini düşün, etdiklərin qayıdacaq, Həyat amansız yarış, güclü olan qazanacaq.
Murad Arif ©













