Necə qıydılar o zərif, balaca, köməksiz canına..
Hayqırtıların qulaqlarımda, çarəsizliyin gözlərimin qarşısındadı sanki,
Kiçik bədənində böyük arzuların,
Dünya boyda xəyalların..
Səninlə birgə biz də yandıq, insanlığımız da, vicdanımız da yandı,
Səni sağ görmək istəyən ananın ürəyi yandı,
Sən artıq mələksən, saf, günahsız,
Uyu qızım, Tanrı bizi bağışlasın..













