Millətlər Liqasına bağlı olan “Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutu” tərəfindən ilk məktubu yazması tələb olunan Eynşteyn, Freydi qələm yoldaşı seçərək “Niyə müharibə? Nə üçün müharibə?” (1932) adlı məşhur məktubunu yazır. Eynşteyn məktubunda insanın impulsiv (dürtüsel) yaşamı üzrə, ən bacarıqlı mütəxəssis kimi təsvir etdiyi Freydə aşağıdakı sualları verir: 1. “Bəşəriyyəti müharibə təhlükəsindən xilas etməyin bir yolu varmı?” 2. “Bu problemlə bağlı insanın impulsiv yaşamı mövzusunu işıqlandıra bilərsinizmi?” 3. “Necə olur ki, kiçik bir qrup, müharibədə ən çox uduzan və əziyyət çəkən əksəriyyətin iradəsini, öz ambisiyaları istiqamətində əydirə bilir?” 4. “İnsanın zehni təkamülünü, nifrət və dağıdıcılığa qarşı toxunulmaz edəcək şəkildə idarə etmək mümkündürmü? Mən cahil (kültürsüz) kütləni düşünərək bunları soruşmuram, sualım ziyalılar üçün də keçərlidir”. Eynşteynin suallarına, Freyd “Nə üçün müharibə” (1933) başlıqlı məktubla olduqca bədbin bir cavab verir. Məktubda şiddətin psixoanalitik mənşəyini ətraflı müzakirə edir və müharibənin həyat faktı kimi qəbul edilməli olduğunu və qaçılmaz olduğunu bildirir. “İçimizdəki nifrət və dağıdıcılıq, müharibə tacirlərinin səylərinizi yarı-yarıya asanlaşdırır." Freyd “müharibə tacirləri” sözü ilə müharibələrin sosial, iqtisadi, siyasi, mədəni bir sözlə xarici səbəblərini, “içimizdəki nifrət və dağıdıcılıq” sözləri ilə isə insanları mübarizəyə sövq edən subyektiv, mənəvi amilləri nəzərdə tutur. Eynşteyn və Freyd, müharibə fenomeninin təkcə fərdin subyektivliyi və ya impulsiv yaşamı ilə tam izah olunmadığının fərqində idilər. P.S Allah şəhidlərimizə rəhmət eləsin, bir daha bu cür üzücü xəbərlər eşitməyək. #psixiatr #drelmirtahmazov #psixoterapevt #psixoterapiya #onlineterapiya #müharibə #savaş https://www.instagram.com/p/Cic5U9uqoe3/?igshid=NGJjMDIxMWI=











