İnsan üçün ən dəhşətlisi - naməlumun ona təmas etməsidir. İnsan ona nəyin toxunduğunu görməli və bilməlidir, yaxud ən azı bunun nə olduğunu təsəvvür etməlidir. O hər yerdə yad təmasdan qaçmağa çalışır. Gecə vaxtı, yaxud ümumiyyətlə qaranlıqda qəfil toxunuşdan yaranan qorxu - vahiməyə çevrilir. Geyim də təhlükədən qurtarmır: o asanlıqla cırılır, onun arasından çılpaq, hamar və müdafiəsiz bədənə nüfuz etmək asandır. İnsanların öz ətraflarında ucaltdıqları bütün sədlər məhz qorxu hissindən yaranıb. Onlar heç kəsin girə bilməyəcəyi evlərdə qapanib qalır və yalnız orada özlərini nisbi təhlükəsizlikdə hiss edirlər. Qarətçilərə qarşı duyulan qorxu təkcə əmlaka görə narahatçılıqdan irəli gəlmir, bu həm də qaranlıqdan qəflətən çıxıb yaxalayan əl qarşısındakı dəhşət hissidir. Həmişə və hər yerdə bu dəhşətin simvolu - caynaqlı pəncəyə çevrilmiş əldir. Bunun çoxu ikili məna daşıyan alman sözü "angreifen"-də əks olunub. Bu sözlə eyni zamanda həm zərərsiz təmas, həm də təhlükəli təcavüzkarlıq nəzərdə tutulur və sonuncudan daim nə isə birincidə əks olunur. Tamasa qarşı qorxu hissi bizi, hatta camaat arasında da tark etmir. Küçəda, restoranda, nəqliyyatda qələbəlik içərisində davranış tərzi məhz bu qorxu ilə diktə edilib. Hatta biri ilə yanaşı dayanmaga məcbur olduqda, onu gördükdə və lap yaxından hiss etdikdə tamasdan mümkün qədər qaçmağa çalışırıq. Ogar bunun aksi olarsa, deməli, bu adam xoşumuza gəlib yaxınlaşmaq təşəbbüsünü özümüz göstərmişik. Təsadüfi toxunuşa göra edilən üzrxahlığın tezliyi, üzrxahlığı gözləyərkən duyulan gərginlik, üzrxahlıq olmadıqda isə kəskin bazan, hətta təsirli reaksiya, "incidən adam"a göstərilən (onun toxunduğu dəqiq məlum olmasa belə) qəzəb və nifrat, - naməlum şəxsin təmasına qarşı olan bütün bu təşvişli reaksiyalar zənciri sübut edir ki, burada nə isə çox dərin, daim ayıq-sayıq olan və öz şəxsiyyətinin sərhədlərini aydınlaşdırandan bari insanı heç vaxt tərk etməyən bir şeyə toxunulub. Hətta insanın daha çox müdafiəsiz qaldığı yuxu da qorxudan asanlıqla pozulur, Və yalnız kütlə içərisində insan təmas qorxusundan azad ola bilər. Bu, qorxunun öz əksinə çevrildiyi yeganə situasiya budur, Bunun üçün bədənlərin bir-birinə sıxıldığı sıx kütlə lazımdır, elə bir kütlə ki, öz ruhi məzmununda da sıx olsun, yəni insan onu "əzən"in kim olduğuna laqeyd qalsın. Kim ki, özünü kütlənin ixtiyarına verib, onun təmasından da qorxmur, İdeal halda kütlədə hamı bərabərdir. Müxtəliflik, hətta cinsi fərqlilik də nəzərə alınmır, Kim sənə təzyiq göstərirsə-göstərsin, o da sənin kimidir. Onu özün kimi hiss edirsən. Birdən hər şey sanki bir cismin daxilində baş verirmiş kimi görünür. Yəqin, kütlənin nə üçün həmişə mümkün qədər sıx olmağa çalışması bununla izah olunur: kütlə istəyir ki, fərdə xas olan təmas qorxusunu maksimum dərəcədə boğsun. Insanlar nə qədər çox sıxılmışlarsa, bir-birindən qorxmadıqlarını bir qədər çox hiss edirlər. Deməli, təmas qorxusunun sərf olunması kütləyə xasdır.