12 yanvar Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi #Əmrah Həmidovun, Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi #Qaytaran Abbasovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Seymur Alızadənin, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş #Təbriz Əsgərovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Ziyadxan Əliyevin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CYnsBMVt-oy/?utm_medium=tumblr
















