10 oktyabr Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi #Aqşin Ənvərlinin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi #Heydər Qənbərzadənin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #İbrahim İbrahimovun, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi #Mikayıl Məmmədzadənin, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş #Ruhin Qəhrəmanovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi #Ruslan Yunislinin, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsinin şəhidi #Sənan Ələsgərzadənin, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi #Teymur Məcidzadənin, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş #Toğrul Fərəczadənin, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, Vətən müharibəsinin şəhidi #Valeh Bədəlovun doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah. https://www.instagram.com/p/CU2Nc65A8bR/?utm_medium=tumblr














