Apartman yöneticisi olamayacaksanız okumayın arkadaşlar

seen from United States
seen from Nepal
seen from China
seen from United States

seen from Finland

seen from Singapore
seen from Türkiye
seen from Germany

seen from Azerbaijan
seen from Norway

seen from United States
seen from China

seen from Russia
seen from Australia

seen from Germany

seen from Philippines

seen from Kazakhstan
seen from Germany
seen from United States

seen from United States
Apartman yöneticisi olamayacaksanız okumayın arkadaşlar
#seyid #menzilsofileri #menzil #menzilköyü #kasriarifan #semerkand #menzilliyizkurbanim #menzilsofisi #menzilgavs #menzilli #menzilcennetbahcesi https://www.instagram.com/p/B6pZWgoH_MB/?igshid=qjbbue0h46ey
BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM Nəslin Təyini (Seyyidlik) Hafiz: «Bu sözümə nöqsan tutmayın, söhbətinizin əsnasında özünüzü Rəsulallahın (s) soyuna istinad etdiyinizə görə soruşuram; bu onsuz da, görünüşünüzdən də mə᾽lumdur. Mümkünsə ricamızı qəbul edib, bəsirətimizin artması üçün nəsil şəcərənizin Peyğəmbərə kimlərin təriqi ilə yetişdiyini açıqlayardınız». NƏSLİN TƏYİNİ Də᾽vətçi: «Bizim xanədan, ulu babamız imam Museyi-Kazımın (ə) təriqiylə həzrət Rəsulallaha (s) yetişir; belə ki: Məhəmməd bin Əli Əkbər (Əşrəful-Vaizin) bin Qasim (Bahrul-ulum) bin Həsən bin İsmail əl-Müctehidil-Vaiz bin İbrahim bin Salih bin Əbu Əli Məhəmməd bin Əli bin Əbu Qasim Məhəmməd Təqi (Məqbulüddin) bin Hüseyn bin Əbu Əli Həsən bin Məhəmməd bin Fəthullah bin İshaqq bin Haşim bin Əbu Məhəmməd bin İbrahim bin Əbil Fityan bin Əbdullah bin Həsən bin Əhməd (Əbit-Təyyib) bin Əbu Əli Həsən bin Əbu Cəfər Məhəmməd əl-Hairi (Nəzil Kirman) bin İbrahim əz-Zərir bin Əmir Məhəmməd əl-Abid bin imam Musa əl-Kazım bin imam Cəfər Sadiq bin imam Məhəmməd əl-Baqir bin imam Əli Zeynəl-Abidin bin imam Əbu Əbdüllahil-Hüseyn (Seyidüş-şühəda əş-şəhidi bit-Taf) bin Əmirəl-mö᾽minin Əli bin Əbu Talib (ələyhumus-salam)» . Hafiz: «Bəyan etdiyiniz bu şəcərə, Əmirəl-mö᾽minin Əliyə yetişir. Halbuki, siz özünüzü Rəsulallaha istinad etdiniz. Bu nəsil silsiləsiylə özünüzün Rəsulallahın (s) övladlarından deyil, qohum-əqrabası olduğunuzu söyləməyiniz lazımdır! Çünki övlad, Rəsulallahın (s) soyundan və nəslindən olan kəslərdir». Də᾽vətçi: «Nəslimizin Rəsulallaha (s) yetişməsi, həzrət Əba Əbdüllahil-Hüseynin (ə) anası həzrət Zəhrayi-Siddiqeyi-Kubra Fatimə (səlamullahi əleyha) vasitəsiylədir». Hafiz: «Sizin kimi alim və ziyalının belə danışması çox təəccübedicidir. Çünki özünüz də bilirsiniz ki, insanın nəsil və soyu qız övladları vasitəsiylə deyil, oğul övladları vasitəsiylədir. Həzrət Rəsuli-əkrəmin (s) oğul övladlardan nəsli yoxdur. Belə olduqda, siz Rəsulallahın (s) oğul övladlarının nəvə-nəticəsi deyil, qız övladından olan nəvə-nəticələrindənsiniz». Də᾽vətçi: «Möhtərəm cənabların söhbətdə inadkarlıq edəcəklərini heç bilməzdim. Əks təqdirdə, cavab verməyə də cəhd göstərməzdim». Hafiz: «Deyəsən, bir anlaşılmamazlıq oldu. Çünki mən sözümdə heç bir inadkarlıq etmədim. Həqiqətdə əqidəm belədir. Alimlərdən çoxu da nəsil və soyun qız övladlardan deyil, oğul övladlardan olduğu inancındadırlar. Bu yerdə şair də belə söyləmişdir: Oğullarımızın oğulları, onların da qızları övladlarımızdır. Amma qızlarımızın uşaqları, kənar kişilərin uşaqlarıdır. Əgər Rəsuli-əkrəmin qızlarının oğul övladları dərəcəsi olduğuna dair bir dəliliniz varsa, buyurun. Dəliliniz kamil olarsa, qəbul edər və xoşhal olarıq». Də᾽vətçi: «Qur᾽ani-kərimdən və hər iki məzhəbin səhih hədislərindən olan dəlillər olduqca güclüdür». Hafiz: «İstifadə etməyimiz üçün o dəlilləri açıqlamağınızı rica edirik». Də᾽vətçi: «Danışdığınız anda, Abbasi xəlifələrindən olan Harun Rəşid və İmam Musa ibn Cəfər arasında baş verən bir mübahisəni xatırladım. Həzrət Musa bin Cəfər (ə) Haruna elə yetərli cavab verdi ki, onun özü də imamın dediklərini təsdiq etdi». Hafiz: «Zəhmət olmasa, o mübahisəni bəyan edin».