Happy Heavenly Birthday Tony 🎂💔
Anthony Tiran Todd 🤍
December 4,1954 - November 6,2024🙏🏾
We Miss You So Much 🕊️♾️
Buon Compleanno in Paradiso 🎂💔
4 Dicembre 1954 - 6 Novembre 2024🙏🏾
Ci Manchi Moltissimo 🕊️♾️

seen from Japan
seen from Israel

seen from United States

seen from United States

seen from Malaysia
seen from United States

seen from South Africa
seen from Morocco

seen from Australia
seen from Australia

seen from Sri Lanka
seen from T1
seen from United States

seen from Russia
seen from United States
seen from T1
seen from United States
seen from Canada
seen from Maldives

seen from Canada
Happy Heavenly Birthday Tony 🎂💔
Anthony Tiran Todd 🤍
December 4,1954 - November 6,2024🙏🏾
We Miss You So Much 🕊️♾️
Buon Compleanno in Paradiso 🎂💔
4 Dicembre 1954 - 6 Novembre 2024🙏🏾
Ci Manchi Moltissimo 🕊️♾️
Həqiqət və İnanmaq
Bizə Tarix, Həqiqət və İnanc mövzularında baş yorduracaq bir film. 2007-ci ildə təqdim olunan Dünyalı (The Man from Earth) filmi, elmi-fəlsəfi janrın unikal bir nümunəsidir. Sadə quruluşu ilə mürəkkəb fəlsəfi suallar doğuran bu film, dərin düşüncə tərzini stimullaşdıran dialoqlar vasitəsilə tamaşaçını zaman və həqiqət anlayışını sorğulamağa məcbur edir. Jerome Bixby (daha çox Star Trek serialı ilə tanınırdı) tərəfindən yazılan və Richard Schenkman tərəfindən rejissorluğu edilən film, yalnız bir otaqda baş verən söhbətlərdən ibarət olmasına baxmayaraq, tamaşaçının zehnində geniş dünya qurur. Filmdə zaman, elm, din və insanın bilik strukturları ilə bağlı çoxşaxəli məsələlər müzakirə olunur.
Süjet və Əsas Mövzu.
Film John Oldman adlı professorun öz həmkarları ilə keçirdiyi vida məclisi ilə başlayır. O, dostlarına öz sirrini açır:
Əsas personaj John Oldman, 14.000 il əvvəl dünyaya gəlmiş və hələ də yaşamaqda olan bir Cro-Magnon (Homosapiensin, yəni müasir insanın ən qədimləri) insanı olduğunu deyir. Bu iddia ilə başlayan söhbət, elm adamları arasında geniş diskussiyaya çevrilir. Əsas qəhramanımızın kolleqaları hər biri fərqli elmi və fəlsəfi sahəni təmsil edir və John-un iddialarını təhlil etməyə çalışırlar. Lakin bəzi suallar ortaya çıxır:
Həqiqət nədir?
İnanmaq və bilmək arasında sərhəd haradadır?
Sübut tələb edə bilmədiyimiz bir həqiqətə inanmaq düzgündürmü, yoxsa bu yalnız bir uydurmadırmı?
Əslində film bizə bu suallarla bağlı açıq cavab vermir, çünki məqsədi tamaşaçıya hazır həqiqətlər təqdim etmək deyil, onu düşünməyə məcbur etməkdir. John-un hekayəsi heç vaxt nə tam təsdiqlənir, nə də rədd edilir. Bu, həqiqətin nisbi və çoxqatlı olduğunu göstərir. Tamaşaçı onun danışdıqlarını qəbul edib-etməməyi özü qərar verməlidir.
Eyni zamanda filmdə həqiqətlə bağlı "bəzən yalnız şəxsiyyətin yaddaşında və təcrübəsində gizləndiyi və onu obyektiv şəkildə sübut etməyin hər zaman mümkün olmadığı" fikri çatdırılır. Həqiqət anlayışı burada faktlar və subyektiv inanclar arasındakı sərhədin bulanıq olduğunu göstərir. Burada inanmaq və bilmək arasındakı sərhəd belə aydın olur:
İnanmaq sübut tələb etmədən qavranılan həqiqətləri əhatə edir, bilmək isə sübut və müşahidələrə əsaslanan məlumatdır. Həqiqət bəzən təsdiqlənə bilməyən bir hekayədə, inanc isə bəzən sübutların olmadığı yerdə baş verir. İnanmaq və bilmək arasındakı sərhəd isə həmişə aydın deyil və hər bir insanın dərk etmə gücü ilə müəyyənləşir.
John-un, xüsusilə tarixi hadisələri və dini simvolları fərqli bir perspektivdən izah etməsi, tamaşaçıya keçmişlə bağlı bildiklərini yenidən nəzərdən keçirməyə məcbur edir. Onun sözləri ilə tamaşaçı, tarix və dini inancın necə kollektiv şüurun və simvolların məhsulu olduğunu düşünməyə başlayır. Filmin əsas suallarından biri də məhz budur: Tarix və həqiqət nə qədər obyektivdir?
Fəlsəfi Yanaşmalar və Elmi Nəzəriyyələr.
Karl Popper, Falsifikasiyanın (Təkzibin) Elmi Prinsipi:
Filmdəki hadisələr Popper-in (1902-1994) elmi biliklər haqqında irəli sürdüyü nəzəriyyə ilə yaxın əlaqədədir. Popperin falsifikasiya prinsipi elmin əsas metodoloji qaydalarından biridir. O bildirirdi ki, elmi nəzəriyyələr yalnız onları təkzib etmək mümkün olduqda elmi dəyər daşıyır. Bu prinsipə görə, bir nəzəriyyənin doğruluğunu sübut etmək əvəzinə, onu yanlışlamağa çalışmaq daha doğrudur. Məsələn, “bütün qu quşları ağdır” iddiası bir qara quşun tapılması ilə təkzib edilə bilər.
“Dünyalı” filmində John Oldman-ın iddiaları tam məhz bu prinsip əsasında şübhə altına alınır. Onun dediklərini nə təsdiq etmək, nə də təkzib etmək mümkündür. Dostları onun haqqında təkzibedici sübutlar axtarır, lakin belə sübutların tapılmaması onları ikili dilemma qarşısında qoyur. Popperin nəzəriyyəsi burada bir daha həqiqətin çətinliklə əldə edildiyini göstərir.
Thomas Kuhn, Paradigma Dəyişmələri və Elmi İnqilablar:
Popperin nəzəriyyəsi daha çox təkzib və yanlışlama üzərində qurulsa da, Thomas Kuhn (1922-1996) elm tarixinin daha mürəkkəb proses olduğunu irəli sürmüşdür. Kuhnun paradigma dəyişmələri nəzəriyyəsinə görə, elm düzxətli şəkildə inkişaf etmir. Əksinə, bir müddət mövcud olan elm paradiqması (ümumi nəzəri yanaşmalar sistemi) müəyyən anlarda inqilabi dəyişikliklərlə yenisi ilə əvəz olunur. Məsələn, Kopernik (1473-1543) inqilabı (16-cı əsrdə Avropada Kopernikin ortaya atdığı yeni kainat modeli) zamanı geosentrik(yer mərkəzli kainat) model, heliosentrik (günəş mərkəzli kainat) model ilə əvəz edilmişdir.
John Oldman-ın tarixi yenidən izah etməsi və məlum faktları fərqli şəkildə təqdim etməsi Kuhn-un nəzəriyyəsinə uyğundur. O, dostlarına insan tarixini müasir baxışdan deyil, öz müşahidələri əsasında danışır və bu, onların mövcud bilik sistemlərinə meydan oxuyur. Filmin dialoqları Kuhn-un elmin təkamülü ilə bağlı ideyalarını təcəssüm etdirir.
Jean Baudrillard və Simulyasiya Anlayışı:
Jean Baudrillard (1929-2007) müasir cəmiyyətdə reallığın yerinə keçən simulyasiyalar haqqında yazmışdır. Onun fikrincə, insanlar bəzən reallıqla deyil, onun təhrif olunmuş surətləri ilə yaşayarlar. Simulacra and Simulation adlı əsərində Baudrillard həqiqət sonrası dövrdə insanların öz həqiqətlərini yaratdığını və “həqiqi” anlayışının mənasını itirdiyini vurğulayır.
“Dünyalı” filmində John-un hekayəsi simulyasiya və reallıq məsələlərini gündəmə gətirir. O, insanlara tarix haqqında bildikləri hər şeyi yenidən düşünməyi təklif edir. Tamaşaçılar John-un danışdıqlarını həqiqət və ya uydurma kimi qəbul edib-etməmək dilemması ilə üz-üzə qalırlar. Bu, məhz Baudrillard-ın irəli sürdüyü hiperreallıq anlayışı ilə bağlıdır. Hiperrallıq termini, xüsusilə ədəbiyyat, fəlsəfə və sənət sahələrində istifadə olunan bir anlayışdır. Bu, real dünyadakı obyektlər və hadisələrin çoxunu təhrif edərək və ya çox dərinləşdirərək daha şişirdilmiş və qeyri-real bir şəkildə təqdim edən bir tendensiyanı ifadə edir. Ümumi şəkildə hiperrallıq, reallığın çox aşırı və idealizə edilmiş bir şəkildə təqdim edilməsi, bəzən də onun “gerçək”dən daha çox real olduğu təsiri yaratması ilə əlaqəlidir. Buna filmdə çox rast gəlirik.
Joseph Campbell və Mifologiyanın Gücü:
John-un İsa peyğəmbər haqqında dedikləri tamaşaçıda ən çox müzakirə doğuran məsələlərdən biridir. O, peyğəmbərlik anlayışını mif və simvol kimi izah edir. Bu, Joseph Campbell-in (1904-1987) miflər haqqında dediklərinə paralel gəlir. Campbell miflərin universallığı və simvolik mənaları üzərində dayanmış, hər bir mədəniyyətin oxşar miflər yaratdığını göstərmişdir. Campbellin ən çox tanınan nəzəriyyəsi, Qəhrəmanın Səyahəti (Hero’s Journey) adlı anlayışıdır. Bu nəzəriyyəyə görə, çoxsaylı mədəniyyətlərdə qəhrəmanlar bir çox oxşar mərhələlərdən keçirlər. Bu mərhələlərə aşağıdakılar daxildir:
📍Çağrı: Qəhrəman, rutin həyatından çıxmağa və bir səyahətə çıxmağa dəvət alır.
📍Çətinliklər və Yoldaşlar: Qəhrəman səyahətində müxtəlif çətinliklərlə qarşılaşır, lakin ona kömək edəcək yoldaşlar və müəllimlər tapır.
📍Sınaqlar və Sığortalar: Qəhrəman, böyük sınaqlarla üzləşir, böyüyür və öz daxili gücünü kəşf edir.
📍Dönüş: Qəhrəman, əldə etdiyi təcrübə və bacarıqlarla geri dönür və dünya dəyişir.
Campbellə görə, bu struktur, müxtəlif mədəniyyətlərdə və dövrlərdə mövcud olan miflərdə özünü təkrarlayır. O, miflərin bir növ kollektiv şüuraltı təsiri olduğunu və insanların ümumi təcrübələri və emosional vəziyyətlərini təmsil etdiyini irəli sürmüşdür. John-un dedikləri dinin yaranışının insanın qədim təcrübələrindən qaynaqlandığına dair nəzəriyyəni dəstəkləyir.
Bu yerdə David Hume (1711-1776) fikirləri də maraqlıdır, Hume-a görə, insanlar səbəb-nəticə əlaqəsini qavramağa çalışarkən tez-tez xəyali konstruksiyalara üz tuturlar. Mifologiya da bu cür xəyali konstruksiyalar əsasında formalaşır. Tarixi şəraitlərdə təbiət hadisələrini və insanın mənəvi təcrübələrini izah etmək üçün yaradılan miflər, gerçəkliyi fərqli və simvolik şəkildə təqdim edir.
Miflər, insan ağlının səbəbləri bilmədiyi zaman təsəvvürlər yaratmaq ehtiyacından doğur, deyə Hume öz fikrini tamamlıyır.
Tarix, Həqiqət və Dezinformasiya.
Zygmunt Bauman və Likvid Reallıqlar anlayışı:
Filmin əsas mövzularından biri də tarixin subyektivliyi və manipulyasiya edilə bilən bir sistem olmasıdır. Tarix yazanların obyektivliyi sual altına alınır. Bu mövzuda verilə biləcək ən yaxşı şərhlərdən biri aşağıdakı kimi olardı:
“Tarix boyunca həqiqi bilik və ya məlumat yalanla ləkələnmişdir. Hər dövrdə insanlar öz maraqları üçün həqiqəti ört-basdır etməyə çalışmışdır…”Bu fikir “Dünyalı”nın əsas mesajını təsdiqləyir: Tarix, onu yazanların nəzəri çərçivələrindən asılı olaraq dəyişir və həqiqət bəzən manipulyasiya olunur. Bu baxımdan, film Bauman-ın (1925-2017) müasir cəmiyyətlərdə Likvid Reallıqlar anlayışına işıq salır. Likvid termini burada metaforik olaraq istifadə edilib və dəyişkənliyi ifadə edir. Baumanın nəzəriyyəsi, cəmiyyətin və insanların özlərini sabit bir quruluşda tapmaqda çətinlik çəkməsi, sürətli dəyişikliklərin və sosial strukturun qeyri-sabitliyi ilə əlaqəlidir. Filmdəki qəhrəman, ətrafındakı insanlara öz keçmişini və dünyanı necə görməsini açıqlayaraq, zaman və kimlik kimi mövzuları düşünməyə vadar edir. Bu, Baumanın “likvid modernlik” anlayışına bənzəyir. Likvid Modernlik, insanın kimliyini və təcrübəsini formalaşdıran sosial və mədəni strukturların sürətlə dəyişməsi və qeyri-sabitlikdir.
Nəticə etibarilə, Dünyalı sadə bir film olmaqla yanaşı, dərin fəlsəfi suallar verən intellektual şah əsərdir. Popperin falsifikasiya prinsipi, Kuhnun paradigma dəyişmələri və Baudrillard-ın hiperreallıq anlayışları ilə zənginləşən bu film tamaşaçıya həqiqətin nisbiliyi, biliklərin mənbələri və tarixin manipulyasiya oluna biləcəyi barədə düşünməyə imkan verir. Jerome Bixby bu ssenarisi ilə insanlığa yaxşı bir miras qoyub gedib. Əlavə olaraq bir neçə əlaqəli kitab tövsiyyə etmək istəyirəm, şəkillərini də yerləşdirmişəm.
📍Yuval Noah Harari – Sapiens: Bəşəriyyətin Qısa Tarixi
📍Richard Dawkins – Tanrı Yanılqısı
📍E. O. Wilson – İnsan Təbiəti haqqında (İnsan Doğası)
«From one of the acclaimed writers of Star Trek and The Twilight Zone comes a story that transcends both time and space... ». На прощальной вечеринке уволившийся профессор университета рассказывает бывшим коллегам, что он бессмертный, который ходит по земле уже 14000 лет.
Человек с Земли / The Man from Earth - Falling Sky Entertainment - США - 2007 » https://bit.ly/3qp20WA » #ЧеловекСЗемли #TheManFromEarth #РичардШенкман #ДжеромБиксби #СтивенАлександр #ЭмерсонБиксби #ДэвидЛиСмит #ТониТодд #ДжонБиллингсли #ЭлленКроуфорд #FallingSkyEntertainment #США #Фантастика #Фэнтези #CinematekaTv » https://bit.ly/3qp20WA .............................................. http://cinemateka.tv
Aslında insan vücudu yaklaşık 190 yıl yaşayabilecek şekilde yapılanmıştır. Ama bir çoğumuz kendimizi yavaş yavaş zehirleriz.
Ben Tevrat'la büyüdüm. Karım Kur'an'la. En büyük oğlum Ateist.Kızım ise hinduizm öğreniyor. Oturma odamda neredeyse dinler savaşı yapılacak kadar yer var ama hepimiz "Yaşa ve Yaşat" ı uyguluyoruz.
-Ölmüş bir liderden, Tanrı'ya giden yol hep çok kısa olmuştur.
Now watching:- #TheManFromEarth on #AmazonPrime #157 https://www.instagram.com/p/B-mUFFYFapo/?igshid=178sybzsgyebj
John sonunda hikayesini anlatmaya başlar. Delice bir sırrı vardır. Bu sırra göre John 14.000 yıldır yaşan bir Cro-magnon tarih öncesi, mağara adamıdır.#themanfromearth##mysti#spiritual#film #movie#sinema https://www.instagram.com/p/Bp0JcckF1CP/?utm_source=ig_tumblr_share&igshid=supeccxnp0u4
Watched earlier:- #TheManFromEarth #645
#bornToday 🎂 #4december 💛 #JeffBridges 68 ❌ #MarisaTomei 53 💜 #TonyTodd 63 💔 #TyraBanks 44 💚 #PamelaStephenson 68 💙 #AlexdelaIglesia 52 💋 #JayZ 48 🌝 #Karina 71 🍏 #DennisWilson R.I.P. _________________ #OFFmagbdays2017 #TheWrestler #SpiderMan #TheLincolnLawyer #TheBigLebowski #IronMan #Tron #TrueGrit #TheManfromEarth #TheRock #Candyman #Platoon #TopModel #TheGreatGatsby #Enunmundonuevo #Eldiadelabestia #NottheNineOClockNews #Superman #Birthdays _________________ SEE MORE_ http://offmag.blogspot.com.es - 👀👂