Qadın nə mələkdir,nə çiçək.Qadın xaosdur əzizim.İçində dünyanı və kainatı cəm edib.Sən onu zərif görə bilərsən,amma onun içində sərhədsiz bir canlı oturub.Bu canlı sevgidə də sərhəd tanımır,nifrətdə də.Səni bu gün çox sevməsi sabah bir dəfəlik silməyəcəyi mənasına gəlmir çünki.Qadın qatildir.Əqrəb ruhu ilə əgər sonu məğlubiyyətə gedirsə iynəni ancaq özünə batırır. Və bu elə bir qətldir ki,özü ilə hamını aparır,həm də onları öldümədən. Qadın sonsuz okeandır.Gözündən axan yaşları içinə doldurub oradan qəlizləşir.Sən elə bilərsən ki,o hüznə qapılıb,taki onun okeanında özünü boğularkən tapana qədər.Qadın şüşədir.Onu bir dəfə yerə salıb sındırdınsa qırıqları ömür boyu ayağına tikan olar.Səni kəsər,kəsər, sonunda ayaqsız qalmağı özünə lütf bilərsən.Sən elə bilirsən ki, qadın zəif canlıdır.Ola bilər qolun ondan güclü olsun.Amma qadın sənə bir dəfə səni tabe etmək üçün baxsa,gözlərində bütün əzələrin təslimlik yaşayar.Qadın kim olmaq istəyirsə odur.Sən onu anlamayacaq qədər bəsitsənsə bu onun günahı deyil.













