Həyatda təsadüflər yoxdur.Məkanlar,seçimlər, insanlar,yaşananlar,hamısı bir işarə,yaşanmalı olan dərsdir.Bəzi şeylər bəlkə də olmamalıdır.Bəzi şeylərin baş verməsi bəlkə də daha yaxşıdır.Bəzi insanlarla qarşılaşmalıyıq.Bəzən qəlblərimiz qırılmalı,getdiyimiz yollar səhv olmalı,güvəndiyimiz insanlar bizi məyus etməlidir.Doğru yolu tapmaq üçün,böyümək üçün,yaxşını görən gözlərimiz olsun deyə.İstədiyin şeyi bu gün əldə edə bilməməyin bəlkə də daha yaxşıdır.Bəlkə də bunun irəli bir tarixdə alınması daha xeyirlidir.Seçimlərin səni bir yola aparır.Və bu təsadüf deyil.Sadəcə böyük rəsmə kənardan baxmırsan.Böyüməyi öyrənmək üçün zərbə almağa məcbursan.İstədiyini yaşamaq üçün istəmədyini yaşamalısan.Yaxşını görmək üçün pislə qarşılaşmalı,sevgini başa düşmək üçün nifrəti hiss etməlisən,xəyallarına çatmaq üçün istəmədiyin yerdə olmalısan.Bunu heç vaxt unutma: baş verən hər şey o yol üçün istiqamətlənmiş oxlardır.Və yaşananlar sənin üçün mükafatdır.Ən pisi belə.Əmin olduğun şeylər bəlkə də heç əmin olmamalı olduğun şeylərdir.Həyat sənə doğru yolu,doğru insanları göstərmək üçün daim sənə təsadüflər yaşadacaq, daim dərslər verəcək.Ta ki sən görənədək..