Keçmiş.
İnsanoğlu keçmişi üçün darıxır. Mahnıların çoxu keçmişdə olan xoş günlərdən bəhs edir. Çox insan gələcəyindən çox keçmişini düşünür. Çox insanlar sabahları öz əlində olsa da keçmişində çox ilişib qalır. Keçmiş insanlar, keçmiş mahnılar, keçmiş səhvlər, keçmiş uğurlar. Keçmiş bizə çox maraqlı gəlir bəzən. Düşünürəm ki, bunun səbəblərindən biri sabah nə olacağından xəbərimizin olmamasıdı.

















