Yumruqlarınızı sıxaraq mənim üzərimə gəldiyiniz təqdirdə mənim yumruqlarımı iki qat sıxacağıma inana bilərsiniz. Lakin mənə gəlib: “Gəlin bu məsələni birlikdə danışaq, anlaşılmazlığın səbəbini anlayaq”,- desəniz çox keçmədən aramızda ciddi bir fərqlilik olmadığını hiss edərik, hətta anlaşdığımız nöqtələrin ayrıldığımız nöqtələrdən daha çox olduğu bəlli olar və birlikdə hərəkət etməyimizə heç bir maneə olmadığı dərhal anlaşılar.








