Şəhidlərimizin ruhunu rəhmət və ehtiramla yad edirik! https://www.instagram.com/p/CY8NVqvo2PJ/?utm_medium=tumblr
Keni

pixel skylines
$LAYYYTER
Alisa U Zemlji Chuda
Monterey Bay Aquarium
Not today Justin
trying on a metaphor
Sade Olutola
KIROKAZE
styofa doing anything

Love Begins
noise dept.
NASA
Misplaced Lens Cap
No title available

No title available
Mike Driver
art blog(derogatory)

Janaina Medeiros
will byers stan first human second
seen from United States
seen from United States
seen from Malaysia

seen from United States
seen from United Kingdom
seen from Austria
seen from Türkiye
seen from Türkiye
seen from United States

seen from Türkiye

seen from Venezuela
seen from United States
seen from United States

seen from United Kingdom

seen from United Kingdom
seen from United States

seen from United States

seen from Türkiye

seen from France

seen from Philippines
@evdaraz
Şəhidlərimizin ruhunu rəhmət və ehtiramla yad edirik! https://www.instagram.com/p/CY8NVqvo2PJ/?utm_medium=tumblr
Milli Mətbəximizin Ləziz Plovu – Çoban Aşı Çoban aşı adıyla bilinən bu ləziz plov Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Çoban aşı əsasən qoyun ətindən hazırlanır. Ancaq qoyun ətinin əvəzinə mal əti ilə hazırlaya bilərsiniz. Evdar.az ləziz Çoban aşının reseptini təqdim edir. Tərkibi: 500 qr ət (qoyun və ya mal əti) 3 stəkan düyü (uzun və ya yumru) 100 qr kərə yağı 1 ədəd soğan duz, istiot Hazırlanma qaydası: İlk öncə əti tikələrə doğrayıb suda qaynadın. Soğanı kiçik kub formasında doğrayın. Başqa bir qazanda soğanı yağda qovurun. Bişən əti sudan ayırıb qızardılmış soğana əlavə edin və qızarana qədər bişirin. Düyünü yuyub süzün. Qovrulan ət və soğanın üzərinə düyü, duz, istiot və ayırdığınız ət suyunu əlavə edin. Ət suyunu hər 1 stəkan düyüyə 2 stəkan ölçüdə götürün. Qazanın qapağını yarımçıq örtüb suyu çəkilənə qədər vam odda bişirin. Daha sonra aşı qarışdırın, qazanın üzərini mətbəx salfeti və qapaqla örtüb dəmə qoyun. Nuş Olsun! https://www.instagram.com/p/CYozAe_MtxG/?utm_medium=tumblr
30 Dəqiqəyə Gil Küpədə Sadə Və Dadlı Toyuq Yeməyi Toyuqdan gil küpədə tez hazırlaya biləcəyiniz və mükəmməl dadlı yemək. Hətta təcrübəsiz evdar qadın belə bu sadə və dadlı yeməyi bişirə bilər. Evdar.az gil küpədə dadlı toyuq yeməyinin reseptini təqdim edir. Tərkibi: 500 qr toyuq filesi 2 ədəd kabak (kabaçok) 2 budaq yaşıl soğan 2 diş sarımsaq 2 ədəd pomidor 6 ədəd yumurta duz, istiot zövqə görə Hazırlanma qaydası: Toyuq filesini kiçik kub formasında doğrayın və qızılı rəng olana qədər qızardın. Kabakları da kub formasında doğrayıb orta ocaqda qızardın. Bir qabda qızardılmış kabak və toyuğu qarışdırın. Üzərinə xırda doğranmış sarımsaq və kub formasında doğranmış pomidor əlavə edib qarışdırın. Zövqə görə duz, istiot da əlavə edib hamısını yaxşıca qarışdırın. Hazırladığınız kütləni gil küpələrə və ya soba qəliblərinə bölüşdürün. Üzərinə yumura sındırıb doğranmış yaşıl soğan əlavə edin. Əvvəlcədən 200q dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Hazır olduqdan sonra yenidən yaşıl soğan səpib küpələrdə süfərəyə verin. Nuş Olsun! https://www.instagram.com/p/CYoyv9hMpJe/?utm_medium=tumblr
Uşaq Bağçasındaki Kimi İnanılmaz Dərəcədə Dadlı Bulka Uşaq bağçasında bişən inanılmaz dərəcədə dadlı və şirin bulkanı uşaqlarınız üçün özünüz bişirə bilərsiniz. Evdar.az ətirli və dadlı bulkanın reseptini təqdim edir. Tərkibi: 300 qr un 130 ml su 70 qr şəkər tozu 10 qr quru maya 60 qr yumşaq kərə yağı çimdik duz üzəri üçün yumurta Hazırlanma qaydası: Bir qabda unun çox hissəsini və üzərinə maya tökün. Daha sonra üzərinə isti su və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Qabın üzərinə streç salafan keçirib isti yerdə 20-30 dəqiqə saxlayın. Yarım saat sonra üzərinə qalan şəkər tozunu, unu, çimdik duzu və əridilmiş kərə yağını əlavə edib xəmir yoğurun. Xəmiri bitki yağıyla yağlanmış təmiz bir qaba qoyub üzərini streç salafanla örtün. 1-1,5 saatlıq kənarda saxlayın. Unlanmış dəzgahın üzərində xəmiri 7 bərabər hissəyə bölün. Kündələyib yağlanmış soba sinisinə düzün. Yumurtanı çəngəllə yüngül çırpıb kündələrin üzərinə yaxın. Üzərinə mətbəx dəsmalı sərib 15-20 dəqiqə kənarda saxlayın. Həcmi artan bulka xəmirlərinə yenidən yumurta yaxıb şəkər tozu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Nuş olsun! https://www.instagram.com/p/CYoxq_-slbc/?utm_medium=tumblr
Bunu sınamısınızmı? Ətləri istifadə edəcəyiniz qədər yağlı kağız arasına büküb soyuducunun dondurucu rəfində saxlaya bilərsiniz. Yağlı kağız arasında : ✅ Ət öz dadını itirmir. ✅ Rəngini itirmir. ✅ Ətdən ət iyi gəlir. Evdar.az -Ən Dadlı Kulinariya Saytı 🥩#ƏtYeməkləri🍗#ToyuqYeməkləri🥣#Şorbalar🍲#Salatlar🥗#TərəvəzYeməkləri🍳#UşaqYeməkləri🥯#Şirniyyatlar🍕#Pizzalar🍰#Tortlar🥖#Çörəklər🍦#Dondurmalar🍹#İçkilər və bir çox🍏#Faydalı #Məlumatlar #ƏnDadlı #Kulinariya #Saytında www.evdar.az Evdar.az https://www.instagram.com/evdar_az/p/CYowMRtsQpU/?utm_medium=tumblr
Səhər yeməyi və ya yeməyə əlavə etmək üçün kərə yağını soyuducuya qoymazdan əvvəl belə kəsə bilərsiniz.
Welcome back to Instagram. Sign in to check out what your friends, family & interests have been capturing & sharing around the world.
Şəhidlərimizi hörmət və ehtiramla anırıq! 🇦🇿 https://www.instagram.com/p/CUT-UG1oUa9/?utm_medium=tumblr
Sabahınız xeyirli,uğurlu olsun! https://www.instagram.com/p/CR-siZhIcQo/?utm_medium=tumblr
Yedikcə Ömrünüzü Qısaldan Qidalar – SİYAHI Yedikcə ömrü qısaldan gündəlik yeməklər sağlamlığımızdan məhrum olmağımıza səbəb olur. Demək olar ki, hər gün istifadə etdiyimiz o yeməklər ömrümüzü qısaldır. Evdar.az yedikcə ömrü qısaldan qidaların siyahısını təqdim edir: Asitli şəkərli qidalar Dadlandırıcılı turşulu qidaların yalnız yüksək kalorili olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu qidalar içərisində hormonlarınıza təsir edən qoruyucu qidalar var. Bu içkilərin əvəzinə ev şəraitində təzə sıxılmış meyvə sularını seçməlisiniz. Emal edilmiş ətlər Hər növ emal edilmiş ətlər nitrat, natrium və kimyəvi qatdı maddələriylə doludur. Bu maddələr onların uzun müddət dayanıqlı saxlayır. Bu yeməklər uzun müddət qalsa da bir tərəfdən də sağlamlığınızı əlinizdən alır. Uşaqlarda öyrənmə çətinliyi, davranış problemləri, diabet, ürək xəstəliyi və xərçəngə səbəb ola bilər. Spirtli içki Mütəxəssislər, içki içməyin təhlükəli olduğunu qəbul edirlər.Həddindən artıq istifadəsi susuz qalmağa, çəki almağa, dəri problemlərinə, depressiyaya və qaraciyər zədələnməsinə səbəb ola bilər. Fast food  “Vaxtım yoxdur,bu gün də yemək sifariş edək” deyənlərdənsinizsə böyük ehtimalla siz də fast food yeyirsiniz. Asan olsun, vaxta qənaət edim deyib sağlamlığınızdan olmayın. Bu qidalarda trans yağ, çoxlu duz, konservantlar, boyalar və digər kimyəvi maddələr var. Fast food istifadəsi ürək-damar xəstəliklərinə, əhval-ruhiyyənizin pozulmasına, metabolik xəstəliklərə və xərçəngə səbəb ola bilər. Çipslər Yüksək temperaturda, qızğın yağda bişirilmiş bu məhsulların tərkibində akrilamid maddəsi olur. Bol miqdarda yağ ehtiva etməklə yanaşı, süd vəzi xərçəngi, prostat və kolon xərçənginə səbəb olur. Tərkibində çox sayda qoruyucu maddə var. Ağ çörək Ağ çörəyin sağlamlığımıza olan zərərlərini artıq hamımız bilirik, ancaq təkrar etməkdə fayda var. Ağ çörəyin tərkibində qidalandırıcı maddə yoxdur. Ağ çörək qan şəkərinin sürətli bir şəkildə artmasına səbəb olur. Bu qidaları rasionunuzdan çıxararaq uzun və sağlıqlı bir ömür sürə bilərsiniz. ================== Evdar.az - Ən Dadlı Kulinariya Saytı 🍓🍱🥟🍤🍚🍘🍥🥠🥮🍢🍡🍧🥜🌰🍪🥐🥔🥕🌽 🥩#ƏtYeməkləri 🍗#ToyuqYeməkləri 🥣#Şorbalar 🍲#Salatlar https://www.instagram.com/p/CRJ4WPOh68p/?utm_medium=tumblr
Yüksək Qan Təzyiqini Aşağı Salan Qidalar-SİYAHI Ürək, bütün bədənin düzgün işləməsi üçün oksigen və zəruri qidalar verən insan orqanizminin ən vacib orqanlarından biridir. Ancaq qan təzyiqi kimi müəyyən hallar onun işinə mane ola bilər. Bu vəziyyətdə ürək funksiyasını tam yerinə yetirmək üçün çox çalışmalıdır. Hipertoniya və ya yüksək qan təzyiqi bu gün bütün dünyada çox yayılmış bir xəstəlikdir. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bildirir ki, hər yetkin şəxsdən biri bu problemlə qarşılaşır. Qan təzyiqi 140/90 mmHg və daha çox olduqda yüksək qan təzyiqi səviyyəsi hesab olunur. Bu, insult, ürək və böyrək xəstəlikləri, hətta korluq kimi xəstəliklərə səbəb ola bilər. Bu vəziyyətdə, vaxtında sabitləşdirmək son dərəcə vacibdir. Bəzi insanlar dərman qəbul etməlidir, bəziləri isə qan təzyiqini təbii şəkildə idarə edə bilər. Belə ki, sağlam bir pəhriz və aktiv həyat tərzi qan təzyiqi tənzimlənməsində mühüm rol oynayır. Təbii olaraq qan təzyiqini aşağı salan qidaları seçin. Evdar.az yüksək qan təzyiqini aşağı salan qidaların siyahısını təqdim edir. Sarımsaq Sarımsaq doğranıldıqda və ya əzildikdə, allisin adlanan üzvi bir tərkib buraxır. Allisin qan damarlarını genişləndirir ki, qan asanlıqla axsın.Sarımsaq yüksək qan təzyiqini salmağın təsirli bir yoludur. Nar Nar, ləzzətli dadı və bənzərsiz görünüşü ilə yanaşı, bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Bitki mənşəli bir tədqiqatda, yüksək təzyiqi olan insanlara iki həftə nahar və şam yeməyi arasında bir stəkan nar suyu verildi. Narın tərkibindəki bioaktiv polifenol və antioksidanların hipertoniyanı azaltdığı aşkar edilmişdir. Yulaf Yulaf yüksək qan təzyiqi üçün çox təsirlidir. Yüksək qan təzyiqini təsirli şəkildə azaldan həll olunan bir lifdir. Bu xüsusiyyətlərlə yanaşı, yulaf bədəndəki pis xolesterol səviyyəsini azaldır. Qarpız Bu super şirəli və dadlı meyvə amin turşuları, xüsusilə azot oksidi istehsalını artıra bilən L-sitrulinlə zəngindir. Daha əvvəl də qeyd edildiyi kimi, bu oksid qan damarlarını genişləndirir və beləliklə hipertoniyanı azaldır. Tədqiqatlar göstərir ki, hipertoniya xəstələri altı həftə ərzində gündə iki dəfə qarpız.. Daha ətraflı Evdar.az-dan oxuyun.. https://www.instagram.com/p/CRGsZ2cFjgK/?utm_medium=tumblr
Ləzzətli “Qış nağılı” Xiyar Salatı “Qış nağılı” xiyar salatı soyuq mövsüm üçün ləzzətli bir qəlyanaltıdır. Hazırlamaq üçün bir neçə saat sərf etdikdən sonra qışda bişirmədən ləzzətli hazır salatın dadını çıxara bilərsiniz. Əslində “Qış nağılı” salatı acikadaki xiyar salatıdır. Ən azı bir dəfə sınadıqdan sonra bunun qış üçün ən dadlı xiyar salatlarından biri olduğuna və adının mahiyyəti ilə olduqca uyğun olduğuna əmin olacaqsınız. Evdar.az xiyar salatının reseptini təqdim edir. Tərkibi: 2 kq xiyar 1 kq şirin bibər (sarı,qırmızı, yaşıl) 2 kq pomidor 3 ədəd acı bibər 200 qr sarımsaq 2 xörək qaşığı duz 100 qr şəkər tozu 50 ml 9% lik uksus 150 qr günəbaxan yağı Hazırlanma qaydası: İlk öncə tərəvəzləri yaxşıca yuyub suyunu süzün. Pomidoru 2-4 hissəyə doğrayın, bibərləri də təmizləyib doğrayın. Sarımsaqları təmizləyib, acı bibərləri doğrayın. Ətçəkən maşından doğranmış pomidorları, bibərləri keçirin. Sarımsaq və acı bibəri də ətçəkən maşından keçirin. Qazana xırdalanmış tərəvəzləri töküb qarışdırın və ocağa qoyun. Orta odda təxminən 40 dəqiqə qaynadın. Xiyarları da yaxşıca yuyub nazik dairələr doğrayın. Doğradığınız xiyarları ocaqda suyu çəkilən sousa əlavə edin. Duz və şəkər tozu da əlavə edib qarışdırın. Uksusu da əlavə edib qarışdırın və 10 dəqiqə qaynadıb ocaqdan götürün. Streril bankaları doldurub qapağını yaxşıca bağlayın. Qapağı istifadə etməzdən əvvəl 1-2 dəqiqə qaynadın. Nuş Olsun! ================== Evdar.az - Ən Dadlı Kulinariya Saytı 🍓🍱🥟🍤🍚🍘🍥🥠🥮🍢🍡🍧🥜🌰🍪🥐🥔🥕🌽 🥩#ƏtYeməkləri 🍗#ToyuqYeməkləri 🥣#Şorbalar 🍲#Salatlar 🥗#TərəvəzYeməkləri 🍳#UşaqYeməkləri 🥯#Şirniyyatlar 🍕#Pizzalar 🍰#Tortlar 🥖#Çörəklər🍦#Dondurmalar 🍹#İçkilər və bir çox👍#Faydalı #Məlumatlar #ƏnDadlı #Kulinariya #Saytında www.evdar.az @evdar_az https://www.instagram.com/p/CRGsEsLlzaJ/?utm_medium=tumblr
Ət Yeməklərinin Yanında Möhtəşəm Dad Ahəngi Yaradan Baba Qanuş Baba qanuş son zamanlar çox məhşurlaşan yaxın Şərq məzəsi-qəlyanaltısıdır. Bir çox yeməklərin yanında asanlıqla hazırlaya biləcəyiniz soyuq bir məzə reseptidir. Evdar.az ləzzətli qəlyanaltının reseptini təqdim edir. Tərkibi: 4-5 ədəd badımcan 2-3 diş sarımsaq 1 xörək qaşığı tahin(küncüt əzməsi) 2 çay qaşığı zeytun yağı yarım limonun suyu zövgə görə duz, istiot, pul bibər 1/4 çay qaşığı cirə 1 çay qaşığı labne pendiri və ya süzmə və ya qatıq (istəyə görə) Hazırlanma qaydası: İlk öncə badımcanın üzərində çəngəllə dəliklər açıb soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Bişən badımcanların qabığını soyub içini soyudun və çəngəllə əzin. Üzərinə 2-3 diş sarımsağı sürtgəcdən keçirib və ya sarımsaqəzən keçirib əlavə edin. Yarım limonun suyunu sıxıb badımcanın üzərinə əlavə edin. Daha sonra üzərinə tahin pastası (küncüt əzməsi), duz, istiot, pul bibər,cirə və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Üzərinə 1 qaşıq labne pendiri və ya süzmə və ya qatıq əlavə edib qarışdırın. Hazır qəlyanaltını 3-4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra üzərini zeytun yağı, pul bibər və cəfəriylə bəzəyib süfrəyə verə bilərsiniz. ================== Evdar.az - Ən Dadlı Kulinariya Saytı 🍓🍱🥟🍤🍚🍘🍥🥠🥮🍢🍡🍧🥜🌰🍪🥐🥔🥕🌽 🥩#ƏtYeməkləri 🍗#ToyuqYeməkləri 🥣#Şorbalar 🍲#Salatlar 🥗#TərəvəzYeməkləri 🍳#UşaqYeməkləri 🥯#Şirniyyatlar 🍕#Pizzalar 🍰#Tortlar 🥖#Çörəklər🍦#Dondurmalar 🍹#İçkilər və bir çox👍#Faydalı #Məlumatlar #ƏnDadlı #Kulinariya #Saytında www.evdar.az @evdar_az https://www.instagram.com/p/CRGr7BFFM_U/?utm_medium=tumblr
Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuq Qanadı KFC restoran şəbəkəsində zövq alaraq yediyiniz xırtıldayan və ədviyyatlı toyuq qanadlarını ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az dünyaca məşhur qızardılmış toyuq qanadlarının reseptini təqdim edir. Tərkibi: 6-7 ədəd toyuq qanadı Marinad üçün: 20 ml bitki yağı 100 ml su 2 xörək qaşığı pul bibər 1 çay qaşığı istiot 1 xörək qaşığı duz 1 xörək qaşığı şəkər tozu Bulamaq üçün: 160 qr un 80 qr nişasta 2 xörək qaşığı pul bibər 1 çay qaşığı istiot 1 xörək qaşığı şəkər tozu 1 xörək qaşığı duz 1 çay qaşığı acı bibər tozu Hazırlanma qaydası: İlk öncə toyuq qanadlarını 3 hissəyə ayırın (ən kiçik hissəsi lazım olmayacq) Doğradığınız toyuq qanadlarını dərin bir qaba qoyub üzərinə bitki yağı, su, duz, istiot, şəkər tozu və pul bibər tölüb yaxşıca qarışdırın. Qabın üzərini streç salafanla örtün 2 saatlıq marinad olması üçün soyuducuya yerləşdirin. Bir qabda un, nişasta, pul bibər, istiot, şəkər tozu, duz və acı bibər tozunu qarışdırın. Toyuq qanadlarını unlu qarışığa bulayın. Dərin bir qaba su töküb unlu qarışığa bulanmış toyuqları yarım dəqiqəlik suya salıb çıxarın. Yenidən unlu qarışığa bulayıb dərin bir qazanda bol yağda yaxşıca qızardın (təxminən 10 dəqiqə). Bu qaydayla bütün qanadları qızardıb süfrəyə verə bilərsiniz. Fast food restoranlarındakı kartofları unutduracaq ən dadlı və xırçıldayan kartof qızartmasını hazırlamaq istəyirsinizsə Evdar.az-ın təqdim etdiyi bu reseptlə hazırlamağı tövsiyyə edirik. Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuğun resepti bu məqalədə.. Nuş Olsun ================== Evdar.az - Ən Dadlı Kulinariya Saytı 🍓🍱🥟🍤🍚🍘🍥🥠🥮🍢🍡🍧🥜🌰🍪🥐🥔🥕🌽 🥩#ƏtYeməkləri 🍗#ToyuqYeməkləri 🥣#Şorbalar 🍲#Salatlar 🥗#TərəvəzYeməkləri 🍳#UşaqYeməkləri 🥯#Şirniyyatlar 🍕#Pizzalar 🍰#Tortlar 🥖#Çörəklər🍦#Dondurmalar 🍹#İçkilər və bir çox👍#Faydalı #Məlumatlar #ƏnDadlı #Kulinariya #Saytında www.evdar.az @evdar_az https://www.instagram.com/p/CRGrzKUleGT/?utm_medium=tumblr
Brokoli, Toyuq Və Göbələkli Zapekanka Sobada brokoli, göbələk və toyuq filesindən dadlı və dietik yemək hazırlaya bilərsiniz. Evdar.az azkalorili yeməyin reseptini təqdim edir. Tərkibi: 300 qr brokoli 200 qr toyuq filesi 300 qr şampinyon göbələyi 100 qr bərk pendir 1 ədəd soğan 350 ml süd 2 xörək qaşığı un duz, istiot zövqə görə qızartmaq üçün bitki yağı Hazırlanma qaydası: İlk öncə toyuq filesini nazik doğrayın və bitki yağında qızılı rəng olana qədər qızardın. Brokolini buxarda bişirin. Soğan və göbələyi istədiyiniz formada doğrayın. Çuğun və ya sobaya yerləşdirə biləcəyiniz tavada soğan və göbələyi qovurun. Üzərinə 2 xörək qaşığı un töküb yaxşıca qarışdırın. İsti südü az-az töküb dayanmadan qarışdırın. Qatılaşana qədər qarışdıraraq bişirib ocaqdan götürün. Daha sonra qızardılmış toyuq filesini və buxarda bişirdiyini brokolini əlavə edib,duz, istiot səpin. Pendiri sürtgəcin iri gözündən keçirib yeməyin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə pendir əriyənə qədər bişirin. Dadlı zapekankanı isti halda süfrəyə verin. Nuş Olsun! ================== Evdar.az - Ən Dadlı Kulinariya Saytı 🍓🍱🥟🍤🍚🍘🍥🥠🥮🍢🍡🍧🥜🌰🍪🥐🥔🥕🌽 🥩#ƏtYeməkləri 🍗#ToyuqYeməkləri 🥣#Şorbalar 🍲#Salatlar 🥗#TərəvəzYeməkləri 🍳#UşaqYeməkləri 🥯#Şirniyyatlar 🍕#Pizzalar 🍰#Tortlar 🥖#Çörəklər🍦#Dondurmalar 🍹#İçkilər və bir çox👍#Faydalı #Məlumatlar #ƏnDadlı #Kulinariya #Saytında www.evdar.az @evdar_az https://www.instagram.com/p/CRGrjXMFJaG/?utm_medium=tumblr
Doyurucu Və Ləzzətli Gül Kələmli Zapekanka Ailənizi ləzzətli zapekankayla sevindirmək istəyirsinizsə bu resept əsl sizin üçündür. Evdar.az hazırlanması çox vaxt aparmayan ləzzətli gül kələmli zapekankanın reseptini təqdim edir. Tərkibi: 350 qr gül kələmi 300 qr toyuq filesi 130 qr holland pendiri 1 xörək qaşığı xama 5 xörək qaşığı isti su 1 ədəd soğan 1 ədəd qırmızı bolqar bibəri 1 diş sarımsaq duz, istiot, sarıkök, pul bibər zeytun yağı Hazırlanma qaydası: Toyuq filesini kub formada dograyın. Üzərinə duz, istiot, pul bibər,sarikok, bir az zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Tavanı isidib zeytun yağı əlavə edin, ədviyyatlı fileni yağda qovurun. Gül kələmini xırdalayıb az yumşalana qədər suda qaynadın. Kub formasnda doğranmış kartofu duzlu suda qaynadın. Soğan və sarımsağı xırda doğrayıb az zeytun yağında qovurun. Xama və suyu qarışdırıb qovrulmuş soğana əlavə edib qarışdırın. Holland pendirin yarısını sürtgəcdən keçirib xamalı soğana əlavə edib pendir tam əriyənədək qarışdırın. Soba qabına alt hissədən kartofları düzün. Üzərinə gül kələmi və toyuq filesini düzün. Üzərinə doğranmış qırmızı bibər düzüb soğanlı qarışığı da hər tərəfinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Yarım saatdan sonra qalan pendiri də sürtgəcdən keçirib zapekankanın üzərinə səpin. Yenidən sobaya qoyub 5 dəqiqə sobada saxlayın. Dadlı toyuqlu, gül kələmli zapekankanı süfrəyə verə bilərsiniz. Nuş Olsun! https://www.instagram.com/p/CNu6atGpyvi/?igshid=1plfmzrqg69zp
Bol Vitaminli Qulançar Qovurması Qulançar (mərəcüyüd, quşqonmaz )”asparagin” adlı maddə ilə zəngindir. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır. Kalsium və fosforla da zəngin olan qulançar sümüklərin sağlamlığını qoruyur. Bol vitaminlərlə dolu, faydalı qulançardan ləzzətli yemək hazırlayın. Evdar.az qulançar qovurmasının reseptini təqdim edir. Tərkibi: 2 dəstə qulançar 1 ədəd baş soğan 3 ədəd yumurta kərə yağı duz, istiot zövqə görə zirinc Hazırlanma qaydası: Qazanda bir az su qaynadın. Qulançarı yuyub, aşağı sərt hissələrini tək- tək əlinizlə qırın. Qulançarları ortadan bölüb qaynayan suya atıb 4- 5 dəqiqə qaynadıb sudan çıxarın. Tavada kərə yağını əridin. Soğanı xırda doğrayıb yağda qızılı rəng olana qədər qovurun. Suda bişmiş qulançarları orta ölçüdə doğrayın. Qızardılmış soğanın üzərinə qulançar, duz ,istiot , zövqə görə zirinc əlavə edib qovurun. Yumurtaları bir qabda çırpıb tavada bişən qulançarların üzərinə əlavə edib bişirin. Bişən yeməyi süfrəyə verdikdə yanında sarımsaqlı qatıq verə bilərsiniz. Qulançarın tərkibində asparagin maddəsi damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər. Qulançar görməyə müsbət təsir edir. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır. Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır – qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Nuş Olsun! https://www.instagram.com/p/CNu7WKPJPy3/?igshid=1mxaxd3st296
Azərbaycan Mətbəxinin Fərqli Təamı-Badımcan Ləvəngisi Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Evdar.az cənub bölgəmizin ləzzətli badımcan ləvəngisinin reseptini təqdim edir. Tərkibi: 6 ədəd badımcan 2 ədəd qırmızı soğan 300 qr qoz duz, istiot,sumaq (sumax) zövqə görə alça turşusu və ya palçıq turşusu Hazırlanma qaydası: Qozu çox xırda doğrayın. Soğanı soyub təmizləyin və ət maşınından çəkib acı suyunu tənziflə sıxın. Daha sonra tavada soğanı az yağda yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, sumaq, duz və istiotu töküb yaxşıca qarışdırın. Zövqə görə alça turşusu və ya palçıq turşu əlavə edin. Badımcanın arasını kəsib duzlayın, acı suyu çıxsın. Daha sonra az yağda badımcanları yüngül hər tərəfli qızardın. Qızardılmış badımcanların içərisinə ləvəngi içliyi doldurun. Tavaya yağ əlavə edib doldurduğunuz badımcanları düzüb zəif odda bişirin. Və ya içliklə doldurulmuş badımcanları yağlanmış keramik və ya şüşə soba qabına düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat, daha sonra 100 dərəcəyə endirib badımcanların rəngi tündləşənədək bişirin. Süfrəyə verdikdə yanında qarnir olaraq düyüylə verə bilərsiniz. Nuş Olsun! https://www.instagram.com/p/CNu7dIgpYq_/?igshid=zrtouywdxx89