İçimdə Vüsaldan başqa heç nə yoxdu.

#extradirty
Cosmic Funnies
Cosimo Galluzzi
we're not kids anymore.
One Nice Bug Per Day
Aqua Utopia|海の底で記憶を紡ぐ
Not today Justin
🪼
No title available
Jules of Nature
Xuebing Du
The Bowery Presents
Sade Olutola

roma★

@theartofmadeline

Origami Around

shark vs the universe

blake kathryn
Noah Kahan

★

seen from Greece

seen from Türkiye

seen from Germany

seen from Germany

seen from United States
seen from United Kingdom
seen from Canada
seen from Canada
seen from United Kingdom
seen from Germany

seen from United Kingdom

seen from Malaysia
seen from United States

seen from Switzerland
seen from India

seen from United States
seen from Mexico
seen from Mexico
seen from France

seen from China
@kenopsia6
İçimdə Vüsaldan başqa heç nə yoxdu.
Eyni anda bir çox şey etməli olanda heç nə eləmirəm ya da çox vaxt hazırlıq eliyirəm və iş görməyə hazır bir zəmin yaradıb heç nə eləməməyə davam edirəm.
Vaxt keçmir və ən kiçik şeyi belə itirməkdən qorxuram. Sırğamın təki, içində göy üzündən bir parça olan plastik üzüyüm, fırçalarım, ağlım və belə də uzanıb gedir bu. İtirmək istəmirəm. Buna öyrəşmək istəmirəm.
Çünki insan heç nəyi itirmək üçün sevməməlidi.
Köhnə şeylərə elə bərk-bərk yapışmışam ki, yeni şeyləri gözüm götürmür.
Some writing advice I will never give up:
Your characters are allowed to be bad people. Your story is allowed to have no moral lesson.yyour ending is allowed to be sad. The villain can win. The good person can do something unforgivable. The lovers can destroy each other. You are allowed to write the thing that no one asked for and everything that everyone told you doesn’t work and you are allowed to not explain yourself.
It’s your story. Burn it down if you want to.
Evdən uzaqlaşdığım anda evə qayıdanda nələr edəcəm diyə düşünürəm. Yazacağım səhnələri, obrazlarımın nələr düşündüyünü, evdə hansı lavazimatların olduğunu, ehtiyyacım olan lavaximatları haralardan tapa biləcəyimi (köhnə paltarların arasında, dəmir çənin arxasında, qaracda və s.) düşünüb hədsiz həzz alıram. Eyni zamanda evdən çıxmadan nə etdiyimi də düşünürəm. Kuklaların skeletlərini, əllərini düzəltdim. Vüsalın Məhəmməd bəyin xəbərsiz getməsi ilə bağlı düşünüb araşdırma etməyə başladığı səhnəni yazdım. Gitarımı boyayıb simlərini taxdım. Və bununla yanaşı mən evdən çıxanda öz işlərim üçün alışveriş etməyi də çox sevirəm. Bütün pulum da bura gedir. Məsələn bu gün sprey vernik aldım gitar üçün. Açıq dəri rəngi ip aldım onu necə istifadə edəcəyimi düşünüb biraz da həyəcanlanıram. Bu mənim evdən çıxanda düşünmə şəklimdi.
Evdən uzaqda olsam da evin ağırlığı ilə gəzmək. Evdən çıxıb evimi axtarmaq. Yazı yaza biləcəyim, tək qala biləcəyim bir künc axtarmaq. Bir gün bir dostum Bakıda sadəcə mənim bildiyim, yolunu sadəcə mənim tanıdığım rahat bir məkan isdiyirəm demişdi. O anda mənim elə bir yerim olduğunu xatırladım. Evim. Başqa heç yerdə olmayan, mənə məxsus bir yerdi.
Danış, Aynur. İçindəkini danış. De, nə olduğunu, nə düşündüyünü de. Susma. Durma, sözünü de.
Arada ölçüləri düçünürəm. Mənim də ölçülərim olmalıdı. Onların içində qalmalıyam. Başdan ölçü yaratmaq asan deyil. O zaman hazır ölçüləri gətirməliyəm həyatıma. O qədər çox var ki hansı birinə uyğunlaşacağımı anlamıram. Çox sevmə, bu qədər sev. Bu sənə bəsdi. Çox gülmə amma dimməz də oturma arada gül. Çox çöllərdə gəzmə amma evdə də oturub qalma. Yaxşılığın üçün.
Doğru, başqa insanların bizə tətbiq etdiyi ölçülərdi. Vahidi insanlardı.
27 May - 2 İyun - ...
İçimdəki boşluğu tam doldura biləcək qədər böyük olsa da boşluğun ortasında üzməyə qərar verən vüsala küsmək istəyirəm. Bu doşluq onun üçün biçilmişdi. O da içini doldurmaq yerinə bir küncündə durdu. Özümə də küsmək istəyirəm. Özümə əziyət etmək, ac qoymaq, süründürmək, başımı divarlara vurub saçlarımı yolmaq istəyirəm. Amma xatırlayanda ki mənim məndən, vüsalımın da saçlarımdan başqa bir şeyi yoxdu, onda küskünlüyümü başqa şeylərə çevirirəm. Bəzi şeylərə. Bəzi insanlara (qısa müddət olsa da), bəzi kitablara, bəzi mahnılara, içi dola bilən bəzi şeylərə (əşyalar və məkanlar və milyon oturacaqlı statyonlar da daxildi), içimi yoran bəzi şeylərə küsürəm. Tez küsüb tez də barışıram. Heç kimin xəbəri olmadan xəlvət küsüb barışıram. Vüsaldan xəbərsiz nə isə edəndə qəzəblənir. Amma mənim vüsalım qəzəblə gəlməsin. Küskünlüklə gələ bilər. Amma o mənə küsməsin. Boşluğumu doldursun. Bəlkə mən ona küsmüşəm? O genişlənib bunun içini dolduranda mən bir bədən daha böyüdürəm. Yox, boşluğumu böyüdən mən deyiləm. Bəlkə stadyonun oturacaqları, kitablar, mahnılar və bunların da sadəcə bəziləri boşluğumu genişləndirir. Mən hələ də qorxuram. Və danışanda kimə müraciyət edəcəyimi bilmirəm. Vüsal gəlir ağlıma. Amma insan vüsalına müraciyətlə danışmaz. Şeytan belə etməz bunu. Bəs mən bu üsyanları kimə edim? Tanrım, çox qorxuram. Olmadı. Allahım, mən hələ də qorxuram. Belə bir şeyi danışmaq üçün çox müqəddəs bir addı. Bir müddət sonra mən yuxularımdan danışdıqca müqəddəsliyi gedər. Əvvəlcə peyğəmbər olar sonra hacı olar bir də gördüm heç namaz da qılmır. Ona yaraşmaz. Mənə də yaraşmaz. Mən bu qorxularımı kimə danışım? Dindar olmaq belə yerdə lazım gəlir. Seç bir ad başla kömək gözlə. Yox, mən kömək istmərəm. Sadəcə vüsal qədər yaxın bir ad. Boş ver. Mən qorxularımdan danışmamağı öyrəndim.
Dolunay göydədi. Mən isə yatmaq istəyirəm. İçimdə bir qaranlıq var. Bir saat əvvəl yoxuydu. Hətta soyuq duş aldım ki, bədənim oyansın. Bədənim oyandı, ağlım getdi. Ağlım yenə dərin quyulara getdi. Kim çıxaracaq bizi o quyulardan. Quyular yox, quyu. Bəlkə də başqa quyular da varıydı. Amma su yox idi. Quraqlığıydı. Quraqlıq da suyu sevirdi. Su da öldü. Su da öləndə hər şey üçün geciydi. Bu dastanın neçənci hissəsidi? Dastanın altı hissəsi var. Bütün hekayə.altıncı hissədədi. Beş hissə boşdu. Altıdan başdıyır. Altı da heç bitmir. İçimdəki şey də keçmir. Adlar gedir, ağrılar və hekayələr qalır. Ulduzlar gedir göy üzü qalır. Dolunay gedir. Mən gedirəm. Mənim gedəcək tək yerim var. Mənim başqa yolum yoxdu. Dolunaydan içimdəki boşluğu vüsalımla doldura bilməyi istəsəm? Yox, hələ də qorxuram. Yazıram, silirəm. Silirəm, bir də yazmayacam. Yatıram. Amma duracam. Duracam və görəcəm ki yenə eyni yerdəyəm. Amma dolunay gedib. Ulduzlar gedib. Bəlkə vüsal da gedib. Mənə nə qaldı bəs? Mənə ondan başqa nə isə qalacaq? Mən qalacam? Mən qalacam. Bu dastan qalmağın dastanıydı. Amma qalan bir qəhrəman varıydı. O da məğlub olurdu. Yazıram, silmək istəyirəm. Gedirəm. Ay gedir.
Don't use AI to write. Use cocaine like a real author.
Hər keçən gün ürəyim bir az da kiçilirmiş kimi hiss edirəm. Bir şey daha olsa ürəyim qaldırmayacaq kimi gəlir. Uzaqlaşmaq, qaçmaq isdiyirəm. Qorxuram. İtirmək istəmirəm. Heç nəyi, heç kimi, özümü itirmək istəmirəm. Özümə küsməkdən qorxuram. Bir gün bütün nifrətim özümə çevrilsə onda mən iyrənc bir insan olaram. İçimdəki Vüsalı dayandıra bilmərəm.
Neyniyəcəyimi bilmirəm.
Mən bacarmıram. Olmur, olmur. Sevməyə çalışıram, boşluğu doldurmağa çalışıram. Olmur. Heç nəyin yerini doldura bilmirəm. Dolmurmuş. Mən sevməyi deyil, bağlanmağı bacarırmışam.
Mən dostumu istəyirəm. Mən onun boşluğunu belə sevirdim. Mən ondan başqa bir şey istəmirdim. İtəmirdim, istəmirdim. İndi onun qoyduğu nəhəng bir boşluqda yeni, yad bir şey var. Baxa bilmirəm, gözlərim yanır. Həm özümə, həm ona, həm də dostumun xatirəsinə əziyət edirəm sanki. Özümə nifrət edirəm. Səhv edirəm. Doğru deyil. Doğru hiss etmirəm. Əgər hər şeyin yeri dolursa bəs niyə hələ də canım bu qədər çox yanır?
Neyniyəcəyimi bilmirəm.
6
Xoş gəldin 6 iyun