
No title available
styofa doing anything
taylor price

Love Begins

titsay

izzy's playlists!
we're not kids anymore.

No title available
hello vonnie
PUT YOUR BEARD IN MY MOUTH
Aqua Utopia|海の底で記憶を紡ぐ
$LAYYYTER
2025 on Tumblr: Trends That Defined the Year

roma★
Monterey Bay Aquarium
Xuebing Du
Game of Thrones Daily

@theartofmadeline

⁂

#extradirty

seen from United States
seen from United Kingdom
seen from Ghana
seen from Syria

seen from United States
seen from Philippines

seen from China
seen from Brazil
seen from Brazil
seen from Brazil
seen from Uzbekistan
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
@nezrinxx
Qızlar niyə özündən razı olmasın?
Deyirsiniz, qızların bir çoxu niyə özündən razıdır?! İzah edim də sizə.
Şəhərdəki 60-65% qızın burnu əməliyyat olunub. Burun əməliyyatlarının ən ucuzu 1000-1500 manatdan başlayır. Saç qaynağı, keratinli düzləşdirmə, ombre ən azı 500 manat tutar. Bu özü də davamlı prosesdir, 8-10 aydan bir təkrarlanır. Hələ qız dodağını da hardasa 100-150 manata dolğu etdirib, qaşını 60-80 manata miktoblandingə məruz qoyursa, üzü olur tamamiylə kukla. Hələ bunun hər ay yaxşı salona gedirsə, 100 manatlıq epilyasiyası var, 60-150 manat civarında ayaqqabısı, 100-250 manatlıq paltosu, 40-50 manatlıq şalvarı, eyni qiymətə koftası, ən aşağısı 50-150 civarında ətri, ənliyi, kirşanı, tonal kremi, tuşu highlighteri, şotkası, pudrası, karandaşı, lineri ohoo… Üzündəki keyfiyyətli makyaja ən azı 400 manat pul töküb, dərisi üçün kosmetoloqa da azı 200 manat xərci çıxıb. Hələ bunun çantası var, papağı, şərfi, əlcəyi var. Vay o günə ki, hələ üstəgəl bu cürə biri bakalavr, ya da magistr ola…(+Təhsilə tökülən pullar)
Belə qız üstündə bildiyiniz sərvət gəzdirir. Bu özündən razı olmayıb, kim olsun hə? Mən olum?
İstəyirsən dünyanın ən yaxşı, ən möhtəşəm, ən ağıllı, ən savadlı insanı ol, mütləq biri gəlib səndən nəsə səhv tapacaq. Mütləq kiməsə görə həyat tərzin, evinin damı, ayaqqamının bağı, saç düzümün, gülüş tərzin, dişinin forması, oxuduğun kitablar, seçdiyin dostlar yanlış olacaq. Xüsusən də Azərbaycan kimi qeybətin, paxıllığın, qınağın ana yurdu olan bir ölkədə yaşayırsansa.
Kim əlini qaldırıb deyə bilər bizim insanımız yaxşıdır?!
Qonşunuz Şəfi Ferrari alsa paxıllıqdan on yerə bölünəcək adamlarsınız. Heç kim deməz ki, “Şəfi bütün həyatı boyu oxuyub”, deməz ki, “biznes qurmaq üçün planlar qurub, əlləşib, çalışıb, siz yatanda, orada-burda qeybət edəndə Şəfi əlaqələrini gücləndirmək üçün kiməsə ağız açıb, kimdənsə borc alıb. İndi istədiyi kimi maşın sürmək onun haqqıdır…” Amma hər kəs həmin Şəfinin üzünə gülər, yaltaqlanar və arxasınca demədiyini qoymaz.
Bizim ölkənin problemi gəlin nömrəsidir, çayxanada nərd temalarıdır, onun-bunun bacısı, hansı oğlanın harada “nə” çıxmasıdır, qızların makyajıdır, facebookdur. Bizim ölkədə qızların bir çoxu karyera qurmaq üçün yox, yaxşı ər tapmaq üçün, orda-burda genələ-genələ mən filan Fakultəni bitirmişəm demək üçün universitetə girir, bizim ölkənin müəllimləri yaxşı kadrlar yetişdirmək üçün əlindən gələni etmir, “qoy gəlsin məcbur olub əlavə pul versin hazırlaşdırım” düşüncəsi ilə yaşayır. Onları qınayıram, adam kasıb olar, amma vicdanlı olar. Gör ölkədə nə qədər savadsız həkim var, nə qədər rüşvət alan qurum, nə qədər falçı və cadugərliklə məşqul olan insanlar var.
Dövlətdən heç danışmıram, onu zatən hamımız bilirik.
Bəs insanımız yaxşı insandırmı ? Səmimi olun, azərbaycanlı olduğunuza görə fəxr eləyirsinizmi?
25 yaşıma çatıb hələ də “Qız almaq”, “Yiyəsinə qismət”, “Evdə qalmaq” və.s ifadələri başa düşməkdə çətinlik çəkirəm. Qız nədir ki, kartofmu, soğanmı?! Onu niyə kimsə almalıdır?! Qız kiməsə xoş olmayan hərəkət edərkən biri çıxıb deyir ki, “Bunu kim alacaq?!” Niyə kimsə almalıdır ki? Əgər elə bir şey varsa da, cəhənnəmə alsın. Adama demirlər ki, “Düzgün etmədi”, “Hərəkəti qeyri-etikdir”, deyirlər ki, “Bunu kim alacaq?” Sanki bir tərəfi çürümüş alma, ya da qulpu çatlamış fincandır…Alınmağa ehtiyacı var…
Yiyəsinə qismət nədir aa…Qadının müstəqilliyinin qəbul etməyən necə də yaraşıqsız ifadədir. İnsan heyvandırmı? Onun bir yiyəsimi olmalıdır ?! Qadın kiməsə aid, ya da onun əsirimi olmalıdır?! Əgər insan öz ayaqları üzərində sağlam dayana bilirsə, qürurla işini görə bilirsə, əgər insan müstəqildirsə onun küçük kimi bir yiyəyə sahib olmasına gərək yoxdur….
Gələk “Evdə qalmaq” mövzusuna, 28 yaşında magistratura məzunu bir qız o dəfə qrupların birində resmen saçmalık bir status yazıb, evdə qaldığı ilə bağlı. Cəmiyyət onu o qədər sıxır ki, qız evdə qaldığı üçün dərd çəkir. Etməyin, eləməyin siz mənim canım. Bu nə sarsaq ifadədir…Əfsus alınmağı qəbul edən, bir yiyəyə ehtiyac duyan dayaz qızlar “Evdə qalmaq” ifadəsini qəbul edir, amma bu güclü qadın üçün gülməli söz birləşməsindən başqa bir şey deyil.
İnsan evlənmə gərəyindən, evdə qalma dərdindən, valideyn razı salma məcburiyyətindən, cəmiyyətin gözündən pərdə asma məcburiyyətindən, mütləq uşaq sahibi olmaq məcburiyyətindən evlənməməli, evdəndirilməməli…İnsan sevdiyi üçün ailə qurmalı…
Evlənin. Evləndirilməyin!
Bir çox kişilər bazardan kartof-soğan alan kimi gedib özlərinə “arvad” alırlar, ya da ailələri “dolmalıq kələm” seçən kimi, onlara “Halal süd əmmiş ev qızı” tapıb evləndirir. Qızlar da onlara elçi gələn “yaxşı yerdən” olan, “içməyən, çəkməyən” oğlana ərə gedir.
Bir müddət sonra qadın kişini sevmədiyi üçün özünü ona sevdirməyə, baxımlı, gözəl görünməyə çalışmır. (Toy-bayram üçün bəzənmək xaricində). Evdarlaşıb gün-gündən daha da baxımsızlaşır, ailə qayğıları onu yorub əldən salır. Daha özünə fikir vermir, yaşından ən az 5 yaş böyük görünməyə başlayır.
Əri ilk günlərdə onunla xoş davransa da, artıq ondan üz döndərməyə, başqa qadınlarla yaxınlıq etməyə, “gəzməyə” başlayır. Evdə bədbəxtlik hökm sürür.
Qadın xəyanəti öyrənir, dava-dalaş salır, ən yaxşı halda boşanırlar, ən pis halda qadın hər gün əzab çəkir. Nə qədər özünü qohum-qonşunun yanında xoşbəxt göstərsə də. Əri artıq kobudlaşır, ona diqqət etməməyə, hər şeydən şikayətlənməyə başlayır. Qadın da uşaqlarının xətrinə hər şeyə dözür. Çox zaman “artıq söz” deyəndə də əri onu söyür, təhqir edir, döyür. Bu qadın dünyanın ən bədbəxt qadınıdır, öz ailəsində də belə görüb, öz çevrəsindəki ailələrdə də belə görüb. Uşaqlıqdan “yaxşı yerdən elçi” gəlməyini gözləməyə proqramlaşdırılıb. Belə bir qadın necə yaxşı uşaq tərbiyə edə bilər axı? Belə ata axı öz övladına “şiddət, xəyanət, bədbəxtlik”-dən başqa nə aşılaya bilər? Sanırlar ki, sadəcə övlad sevgiləri onları bu bədbəxtlikdən xilas edəcək, amma etmir. Həyatlarının sonuna kimi belə davam edir…
Həyatlarının ən ciddi qərarı olan “evlilik” qərarını bu formada verən, ya da bu qərarı verməyə məcbur qalan insan toplumu üçün nə desəm yetərsiz qalır.
Eşqlə evlənin, övladlarınıza eşqlə ailə qurmağı aşılayın. Onlara bir-birləini yetərincə tanımadan, yetərincə sevmədən evlənmə qərarı almamağı tövsiyyə edin.
Evlənin, “evləndirilməyin”! Və əgər xoşbəxt deyilsinizsə boşanmaqdan əsla çəkinməyin, əsas sizin daxili xoşbəxtliyinizdir, nələrinsə xətrinə bütün həyatınızı qurban verməyə dəyməz. Şübhəsiz ki, bədbəxt bir ailədə böyümüş uşaqdansa, yarım bir ailədə böyümüş uşaq daha sağlam düşüncəyə sahib olacaqdır.
Sevgi ilə qalın.
don’t share your favorite songs with wrong people
Alone by : Jaden Smiley