Əslində heç bilmirəm bu "aksiyaya" qoşulmaq fikri hardan gəldi ağlıma :D Məncə etiraf etmək cəsarət tələb edən bir şeydir. Görək mənim cəsarətim hara qədər olacaq? :D
- heç vaxt gözümə layner çəkməmişəm. çünki bacarmıram. öyrənməyə də heç vaxt cəhd etməmişəm.
- ölümümün dənizdə olmağını istəmişəm. Və ya ölsəm torpağa yox Hindistandakı kimi cəsədimi yandırıb bir qaba doldurub dənizə atılmağını istəyirəm :)
- əslində hədsiz qısqancam. Bunu çox zaman biruzə vermirəm.:D
- model olmaq ən böyük arzularımdan biri olub hələ indi də elədi :D
- bəzən özümü hansısa bir filmin baş qəhrəmanı kimi hiss edirəm.
- rəsm çəkə bilən, şer yaza bilən, yaxşı mahnı oxuya bilən bir sözlə incəsənətlə məşğul olan adamlara həmişə heyranam hətta həsəd aparıram.
- okean səyahətinə çıxmaq istəyirəm.
- bloq yazmağı heç xoşlamıram. amma bu gündən sonra tez-tez yazmalıyam.
- dinləri qəbul edəmmirəm. mənə görə yalnız ALLAH var.
- heç bir bayram ildönümü falan filan olmadan sevgilisi tərəfindən gül alan qızları qısqanıram :D
- kinli deyiləm. nifrət etməyi ümumiyyətlə bacarmıram.
- insanları çox yaxşı ruhları belə incimədən yola verə bilirəm :p
- hərdən küçədə qız kimi bəzənib - düzənib gedən oğlanlara sataşmaq istəyirəm :D
- həmişə istəmişəm ki, ucqar kəndlərin birində evim olsun və hər şeydən bezəndə ora qaçım gizlənim.
- məktəb illərində mən də meyxanalara qulaq asırdım :D
- yemək bişirməyi hələ də öyrənə bilmirəm :(
- şopoqolikəm. hərdən ən axırıncı pullarıma qədər xərcləyib cibimdə qəpik-quruşla gəzə bilərəm :D
- ən xırda şeylərlə xöşbəxt ola və ya əksinə ən xırda şey kefimi poza bilər.
- romantikliyim tutanda gözlər görməsin :D bunu ən yaxşı Sabina bilir :D