I And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər (fücur) və xeyir (vicdan) duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 7-10) Bu ayələrdə Allah nəfsə fücuru və eyni zamanda ondan çəkinməyi, yəni vicdanı ilham etdiyini bildirir. “Fücur” sözü məna olaraq “günaha və üsyan etmək, fasiq olmaq, yalan demək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi” deməkdir. Yəni fücur olaraq adlandırılan anlayış, insan nəfsinin mənfi xüsusiyyətlərinin hamısını əhatə edir. Nəfsimizdə iki ayrı xüsusiyyət var: Pis əməllərin qaynağı fücur və eyni zamanda pis əməllərdən çəkindirən vicdan. Bu mövzunu daha yaxşı başa düşə bilmək üçün nəfsin nə olduğunun da bilinməsi faydalı olacaq. “Nəfs” Quranda tez-tez istifadə edilən ərəb dilində termindir. Dilimizdə tam qarşılığı yoxdur, ancaq “mənlik” sözü ilə ifadə oluna bilər. Quranda istifadə edilən mənaları isə belədir; “Bir şeyin zatı, özü, ruh, öz varlığı, qəlb, şəhvət, arzu və qəzəbın başlanğıc yeri, yatağı, insanda əmredici güc”. Burada, nəfsin əvvəlcə üzərində dayanacağımız xüsusiyyəti, insanda əmredici güc olmasıdır. Yəni insana hərəkəti etdirən, qərar verdirən mənəvi güc, nəfsdir. Nəfsin bu tərəfi Quranın bir çox ayəsində bildirilir. Bu ayələrdə insanların əxlaqsızlıqlarından, pisliklərindən bəhs edilərkən bu əməllərinin qaynağı olaraq nəfsləri göstərilir. Bu nümunələrdən biri hz. Yusifin qardaşları ilə əlaqədardır. Hz. Yusifə qarşı duyduqları qısqanclıqlarından ötrü onu təsirsiz hala gətirmək üçün hərəkət edən qardaşlarına ataları hz. Yaqub belə demişdir: ... “Xeyr” dedi. Sizi öz nəfsiniz bu işə vadar etmişdir... (Yusif surəsi, 18) Yuxarıdakı ayədə nəfsin insanları aldada biləcəyi və əslində çirkin olan şeyi gözəl göstərə biləcəyi bildirilir. (ardı rəydə) #islam #nəfs #fucur #vicdan #din https://www.instagram.com/p/CfLYkd0sx-g/?igshid=NGJjMDIxMWI=