seen from China

seen from Germany
seen from Spain

seen from United States
seen from China
seen from United States
seen from United Kingdom

seen from Belgium
seen from China
seen from Mexico
seen from United States
seen from China
seen from United Kingdom
seen from Hong Kong SAR China
seen from United States

seen from China
seen from United Kingdom
seen from China
seen from Germany

seen from Canada
Nathanial Oliver (American, 1996) - The Break Off (2025)
Plato's Cave
Joan Hanley
Acrylic on linen, 2025
As a Tumblr user who only recently learned what Homestuck is, I feel like I'm trapped seeing the shadows of Homestuck at every corner, but never knowing its true form
I think that HDG can be taken to be in conversation with Plato's Allegory of the Cave. That life before, both before transition and before being taken out of capitalist pressures and scarcities, is nothing more than a shadow on the wall. It seems like there is nothing else out there, so make the best of it. Then the Affini came and took a solid chunk of humanity out of the cave by force. The rest were scared witless when those outside no longer would "function" in the cave. They're too happy, they don't have to work to live so they won't. And that scares the people whose entire self-worth is based on their productivity under the capitalist regime.
Bir neçə ay öncə günlərlə ard-arda qəribə yuxular görürdüm. Elə yuxular ki, oyananda belə təsiri keçmirdi. İçində yaşadığım hisslər o qədər real idi ki, bəzən "bu, sadəcə yuxu idi" demək beynimi sakitləşdirmirdi. Sanki gecələr başqa bir həyata keçirdim, səhərlər isə ora qayıda bilmirdim. Maraqlısı o idi ki, yuxunun içindəykən heç şübhələnmirdim. Hər şey normal idi. Real idi. Ta ki oyanana qədər. Bəs əgər yuxu bu qədər real hiss olunursa, reallıq dediyimiz şey nəyə əsaslanır?
Bu sual əslində yeni deyil. Min illər əvvəl Platon da eyni şübhəni yaşayırdı. O, məşhur mağara hekayəsində deyirdi ki, insanlar bir mağarada zəncirlənmiş vəziyyətdə yaşayır. Arxalarında od var, qarşılarında isə divara düşən kölgələr. Onlar yalnız o kölgələri görür və "dünya budur" deyə düşünürlər. "Onlar üçün həqiqət, yalnız gördükləri kölgələrdən ibarət olacaq". (Platon, Dövlət) Platonun demək istədiyi çox sadədir. İnsan hər zaman həqiqətin özü ilə yox, onun görüntüsü ilə yaşayır. Yuxulara baxanda bu fikir daha da mənalı olur. Çünki yuxuda da biz kölgələrə bənzər bir dünyada yaşayırıq. Amma o an bunu anlamırıq. Orada yaşanan qorxu, sevinc, sevgi gerçək kimi hiss olunur.
Descartes isə bu mövzuda bir addım da irəli gedir. O deyir ki, insan oyanıq olduğu anla yuxuda olduğu an arasında qəti fərq qoya bilmir. Doğrudur. Yuxunun içində heç vaxt "bu yuxudur" demirik. Hər şey normal gəlir. Elə indi yaşadığımız həyat da bizə normal gəldiyi üçün "realdır" deyirik. Descartesin dediyi də budur. Reallıq hissi, reallığın sübutu deyil.
Müasir elm bu nöqtədə filosofları tək buraxmır. Neyroelm deyir ki, beyin kamera kimi işləmir. O, çöldə olanları olduğu kimi göstərmir. Əksinə, məlumatları toplayır, emal edir və bizə bir "dünya modeli" yaradır. "Şüur dünyanı olduğu kimi əks etdirmir, onu qurur". (Self Comes to Mind, Antonio Damasio) Yuxu zamanı isə bu proses daha açıq görünür. Çünki çöldən heç bir məlumat gəlmir. Amma beyin yenə də məkan yaradır, insanlar yaradır, hadisələr qurur. "Yuxu beynin yaratdığı virtual reallıqdır" (Dreaming, Allan Hobson)
Nick Bostromun simulyasiya ideyası da buradan çıxır. O deyir ki, əgər texnologiya kifayət qədər inkişaf edərsə, reallığa bənzər dünyalar yaratmaq mümkündür. Və böyük ehtimalla, biz artıq onlardan birinin içində ola bilərik. Bu fikir Platonun mağarasının müasir versiyasıdır. Sadəcə bu dəfə kölgələr yerinə kodlar var.
İndi isə gələk məni ən çox maraqlandıran və bu yazını yazmağıma səbəb olan suala: Yuxular alternativ reallıqdırmı?
Əgər reallığı "fiziki olaraq mövcud olan" kimi başa düşsək, yuxular reallıq deyil. Amma reallığı "şüurun yaşadığı təcrübə" kimi qəbul etsək, o zaman cavab dəyişir. Yuxuda qorxduğun an qorxu saxta deyil. Sadəcə sonradan "yuxu idi" deyib onu dəyərdən salırıq. Amma yaşanılan anda o, tam realdır.
Nəticə olaraq, reallıq zənn etdiyimiz şey beynin bizə verdiyi ən inandırıcı hekayə ola bilər. Yuxular isə bu hekayənin necə asanlıqla qurulduğunu bizə açıq-aşkar göstərir.
I'm sick and tired of people never understanding Batman.